45.1. Uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi qadağandır.
45.2. Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqların avaralıqla və ya dilənçiliklə məşğul olmağa cəlb edilməsi valideynlik hüquqlarından sui-istifadə hesab olunur.
45.3. Avaralıqla və dilənçiliklə məşğul olmağa cəlb edilmiş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunması, onların sosial reabilitasiyası “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.