Qanunvericilik › Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 49

Maddə 49. Uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlər

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

49.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanlar (qurumlar), yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları çətin həyat şəraitində olan uşaqlarla və onların ailələri ilə profilaktik iş aparırlar və onlara yardım göstərirlər.

49.2. Uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərə ailələrə sosial dəstəyin göstərilməsi, valideynlik vərdişlərinin inkişafı, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi, ailə dəyərlərini, uşaq hüquqlarını, onların əxlaqi və mənəvi tərbiyəsini təbliğ edən fəaliyyətin həyata keçirilməsi üzrə tədbirlər və xidmətlər sistemi daxildir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver