Qanunvericilik › Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53

Maddə 53. Baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

53.1. Dövlət baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin qorunmasını, sosial reabilitasiyasını və bu məqsədlə sosial xidmət müəssisələrinin yaradılmasını təmin edir.

53.2. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, daxili işlər orqanları, tibb müəssisələri, habelə gənclərin işləri üzrə orqanlar “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquq pozuntusunu törətmiş uşağın sosial reabilitasiyasını təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver