Qanunvericilik › “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.07.2002) › Tam mətn

“Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.07.2002)

“Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 25.07.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Əsasnamənin 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsaslarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 6-cı maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin beşinci abzasında, 3-cü maddəsinin üçüncü hissəsində (birinci halda), dördüncü hissəsinin 1-ci, 3–5-ci bəndlərində, yeddinci hissəsinin üçüncü cümləsində, 6-cı maddəsinin adında, birinci hissəsinin birinci abzasında, ikinci hissəsində və 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında, 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (birinci halda), yeddinci hissəsinin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində, 6-cı maddəsinin birinci hissəsinin 4-cü bəndində (birinci halda), 7-ci maddəsinin adında (birinci halda), birinci hissəsinin birinci abzasında (birinci halda) və ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Əsasnamənin 2-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 3-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində (ikinci halda), yeddinci hissəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 6-cı maddəsinin birinci hissəsinin 4-cü bəndində (ikinci halda), 7-ci maddəsinin adında (ikinci halda), birinci hissəsinin birinci abzasında (ikinci halda) və ikinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;

2.5. həmin Əsasnamənin 3-cü maddəsinin birinci və beşinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.6. həmin Əsasnamənin 3-cü maddəsinin üçüncü hissəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir;

2.7. həmin Əsasnamənin 5-ci maddəsinin birinci hissəsinin 23-cü, 24-cü bəndlərində və 11-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2002-ci il

1. 17 fevral 2025-ci il tarixli 334 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral 2025-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 126)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver