10.1. Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər.
10.2. Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir.
10.3. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.