17.1. Bu Qanunun icrasına nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir.
17.2. Bu Qanunun icrasına dövlət nəzarəti fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
17.3. Bu Qanunun icrasına ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları tərəfindən təşkil olunur və həyata keçirilir.