Qanunvericilik › Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Uşaqlar üçün zərərli informasiyanın növləri

Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Uşaqlar üçün zərərli informasiyaya aşağıdakılar aiddir:

4.1.1. bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya;

4.1.2. bu Qanunun 4.3-cü maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).

4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya;

4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

4.2.4. ailə institutunu nüfuzdan salan informasiya;

4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

4.2.6. pornoqrafik xarakterli informasiya.

4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir:

4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

4.3.3. qorxu məzmunlu informasiya;

4.3.4. erotik məzmunlu informasiya.

4.4. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

4.5. Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi bu Qanunun 7-12-ci maddələrinə uyğun olaraq həyata keçirilir.

4.6. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver