Qanunvericilik › “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.06.2019) › Tam mətn

“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.06.2019)

“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.06.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1915 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin etsin.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 13 iyun 2019-cu il

Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün bu Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə göstərilən xüsusiyyətlərə (A, B, C) uyğun planlaşdırılan iş həcmi nəzərə alınmaqla, akkreditasiya prosedurunun xidmət haqqı

Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyasında, akkreditasiya sahəsində dəyişikliklərin edilməsində iştirak edən qiymətləndiricilərin 1 (bir) saatı üçün xidmət haqqının məbləği

Sınaq üsulları və ya kalibrləmə obyektləri

Sınaq üsulları və ya kalibrləmə obyektləri

Sınaq üsulları və ya kalibrləmə obyektləri

Sertifikatlaşdırılacaq məhsulların sayı

Sertifikatlaşdırılacaq məhsulların sayı

Sertifikatlaşdırılacaq məhsulların sayı

Sertifikatlaşdırılacaq standartların sayı

Sertifikatlaşdırılacaq standartların sayı

Sertifikatlaşdırılacaq standartların sayı

Sertifikatlaşdırılacaq sahələrin sayı

Sertifikatlaşdırılacaq sahələrin sayı

Sertifikatlaşdırılacaq sahələrin sayı

İnspeksiya olunan obyektlər

İnspeksiya olunan obyektlər

İnspeksiya olunan obyektlər

1. 26 fevral 2022-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 184)

2. 16 mart 2024-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 28 mart 2024-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 341)

3. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver