Qanunvericilik › Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4-1

Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4-1.1. Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin və kalibrlənməsi haqqında sertifikatların (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla), ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin, inspeksiya orqanının rəyinin, səriştəlilik sınaqlarının təşkili üzrə təminatçılar, validasiya və verifikasiya orqanları tərəfindən hesabatların, malın (xidmətin, işin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, yararsızlıq haqqında bildirişin yaradılması, qeydiyyatı və ləğv edilməsi, texniki reqlamentlərlə əhatə olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin, orta riskli mallar üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən uyğunluğun təsdiqi barədə təsdiqedici sənədin, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarların elektron formada yaradılması, qeydiyyatı, reyestri, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, habelə ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə təmin olunur.

4-1.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla, bu Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və həmin məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunur.

4-1.3. Bu Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsilə həmin maddədə göstərilən sənədlərin yaradılması üçün istifadə haqqı ödənilir. Bu Qanunun 4-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver