9.1. Xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumları Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu qanuna uyğun olaraq akkreditasiya olunurlar.
9.2. Akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya orqanı ilə razılaşdırır. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu bu qanuna uyğun olaraq akkreditasiya edildiyi halda fəaliyyəti akkreditasiya orqanı ilə razılaşdırılmış hesab edilir.
9.3. Azərbaycan Respublikasında təsis edilmiş uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, bu qanuna uyğun olaraq Azərbaycan Respublikasında akkreditasiya olunmalıdır.
9.4. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu bu qanuna uyğun olaraq akkreditasiyadan keçdikdə və ya fəaliyyətini razılaşdırdıqda Azərbaycan Respublikasında həyata keçirdiyi fəaliyyətində milli akkreditasiya nişanından istifadə edir. Milli akkreditasiya nişanı ilə yanaşı, həmin qurum xarici akkreditasiya nişanından istifadə etməkdə sərbəstdir.