“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.4.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 iyul 2021-ci il
1.1. Bu Qayda “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə uyğun olaraq uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinin aparılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. reyestr - uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi, uyğunluğu təsdiq edən sənəd və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərar barədə elektron informasiya ehtiyatı;
1.2.2. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən, elektron formada tərtib edilən müəyyən formalı sənəd;
1.2.3. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi, elektron formada tərtib edilən müəyyən formalı sənəd;
1.2.4. xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;
1.2.5. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
1.2.6. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).
1.3. Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.
2.1. Reyestr Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.
2.2. Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.
2.3. Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Agentlik tərəfindən təmin edilir.
2.4. Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin, uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərarın yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi zamanı məlumatların daxil edilməsi yolu ilə həyata keçirilir.
2.15. Sertifikatların və bəyannamələrin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların qüvvəsinin dayandırılması barədə məlumatlar Reyestrə daxil olunduqda müvafiq olaraq “uyğunluq sertifikatının/uyğunluq bəyannaməsinin qüvvəsi dayandırılmışdır”, “uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərarın qüvvəsi dayandırılmışdır” qeydi aparılır və bu sənədlərin qüvvəsi bərpa edildikdə isə müvafiq qeyd silinir.
2.16. Sertifikatların və bəyannamələrin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların ləğvi barədə məlumatlar Reyestrə daxil edildikdə, müvafiq olaraq “uyğunluq sertifikatı/uyğunluq bəyannaməsi ləğv edilmişdir”, “uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərar ləğv edilmişdir” qeydi aparılır.
3.1. Reyestrə malların uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatlar barədə aşağıdakı məlumatlar daxil olur:
3.1.1. sertifikatın adı;
3.1.2. sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi;
3.1.3. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.1.4. sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;
3.1.5. malın istehsalçısının adı və ünvanı;
3.1.6. malın adı, növü, modeli, markası, partiya və ya seriya nömrəsi;
3.1.7. məhsul növləri üzrə təsnifat kodu;
3.1.8. malın miqdarı;
3.1.9. malın istehsal tarixi;
3.1.10. texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri;
3.1.11. istifadə sahəsi;
3.1.12. xarici iqtisadi fəaliyyətin mal nomenklaturu;
3.1.13. malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda);
3.1.14. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;
3.1.15. sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.
3.2. Reyestrə mal ilə əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatlar barədə aşağıdakı məlumatlar daxil edilir:
3.2.1. sertifikatın adı;
3.2.2. sertifikatın qeydiyyat nömrəsi;
3.2.3. sertifikatın verilmə tarixi;
3.2.4. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı və akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.2.5. sertifikat verilən hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;
3.2.6. mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi istehsal müəssisənin ünvanı;
3.2.7. mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi fəaliyyət sahəsinin adı;
3.2.8. bu Qaydanın 3.1.14-cü və 3.1.15-ci yarımbəndlərində qeyd olunan məlumatlar.
3.3. Reyestrə malların uyğunluğunun qiymətləndirilməsinə dair bəyannamələr barədə aşağıdakı məlumatlar daxil olur:
3.3.1. bəyannamənin adı;
3.3.2. bəyannamənin qeydiyyat nömrəsi;
3.3.3. bəyannamənin verilmə tarixi;
3.3.4. orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.3.5. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;
3.3.6. bu Qaydanın 3.1.5-3.1.14-cü yarımbəndlərində qeyd olunan məlumatlar;
3.3.7. bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.
3.4. Reyestrə mal ilə əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsinə dair bəyannamə barədə aşağıdakı məlumatlar daxil edilir:
3.4.1. bəyannamənin adı;
3.4.2. bəyannamənin qeydiyyat nömrəsi;
3.4.3. bəyannamənin verilmə tarixi;
3.4.4. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;
3.4.5. bu Qaydanın 3.2.6-cı və 3.2.7-ci yarımbəndlərində qeyd olunan məlumatlar;
3.4.6. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;
3.4.7. bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.
3.5. Reyestrə tanınmış xarici mənşəli uyğunluq sənədləri haqqında qərarlar barədə aşağıdakı məlumatlar daxil edilir:
3.5.1. xarici mənşəli uyğunluq sənədinin qeydiyyat nömrəsi (olduqda);
3.5.2. xarici mənşəli uyğunluq sənədinin verilmə tarixi (olduqda);
3.5.3. xarici mənşəli uyğunluq sənədinin qüvvədə olduğu müddət (olduqda);
3.5.4. tanınma barədə qərar qəbul etmiş uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.5.5. tanınma barədə müraciət etmiş hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;
3.5.6. xarici texniki reqlament və ya digər xarici texniki normativ hüquqi aktlar barədə məlumat, həmçinin bu sənədlərdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri;
3.5.7. bu Qaydanın 3.1.5-3.1.9-cu, 3.1.11-3.1.13-cü yarımbəndlərində qeyd olunan məlumatlar;
3.5.8. tanınmış xarici mənşəli uyğunluq sənədlərinin Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası, ləğv edilməsi və yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.
3.6. Reyestrə uyğunluğu təsdiq edən sənədlər barədə aşağıdakı məlumatlar daxil edilir:
3.6.1. uyğunluğu təsdiq edən sənədi təqdim edən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.6.2. təsdiqedici sənədin nömrəsi və tarixi;
3.6.3. malı (işi, xidməti) təklif edən hüquqi şəxsin adı, hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı, VÖEN;
3.6.4. orta riskli mal;
3.6.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturu;
3.6.6. orta riskli malın adı, növü, markası, modeli;
3.6.7. orta riskli malın partiya və ya seriya nömrəsi, miqdarı, istehsal tarixi;
3.6.8. malın istehsalçısının adı və ünvanı;
3.6.9. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtin adı, nömrəsi, tarixi;
3.6.10. malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair əlavə məlumat (olduqda);
3.6.11. təsdiqedici sənədin verilməsi ilə bağlı qərarın nömrəsi və tarixi.
4.1. Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.
4.2. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.
4.3. Reyestrə daxil olunmuş məlumatlar “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində mühafizə edilir.
1. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)
2. 12 may 2026-cı il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 465)