“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 6-cı, 8-ci və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları”, “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə”” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 dekabr 2002-ci il
Bu Qaydalar “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən edir.
Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri aşağıdakı bu Qaydalara əsasən dequstasiyadan keçirilir və sənədləşdirilir:
şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və aşağıda göstərilən sənədlər ərizə ilə birlikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur:
ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, statistik kodu, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;
şərabçılıq məhsulu haqqında xüsusi məlumat (üzümün növü, istehsalat tarixi və texnologiyası);
məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı və həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd;
Dequstasiyaya təqdim olunmuş sənədlərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası tərəfindən baxılır, çatışmazlıqlar üçün əsas olmadıqda xüsusi kitabda qeydə alınır və 10 gündən gec olmamaqla dequstasiyanın keçirilməsi üçün qərar qəbul olunur.
Dequstasiyanın keçirilməsi vaxtı barədə dequstasiya ediləcək məhsulların sahiblərinə 5 gün əvvəlcədən məlumat verilir.
Dequstasiya zamanı birinci növbədə məhsulun rəngi, dadı, təravəti, təmizliyi, buketi, iyi və kənar qatışıqların olması müəyyən edilir.
Dequstasiya otağı parlaq işıqlandırılmalı, açıq boya ilə rənglənməli, hazırlanmalı, xarici səsdən və iydən qorunmalı, otaqda havanın temperaturu 18-20C olmalıdır.
Dequstasiya yeməkdən 1,5-2 saat sonra keçirilir.
Bir dequstasiya prosesində 10-dan artıq məhsulu dequstasiyadan keçirmək olmaz.
Dequstasiya həm açıq, həm də qapalı keçirilə bilər. Açıq dequstasiyada içkinin tam xüsusiyyətləri və istehsalçı barədə bütün məlumatlar göstərilir, qapalı (anonim) dequstasiyada isə ancaq nümunənin nömrəsi və hansı ilin məhsulu olduğu qeyd olunur.
Dequstasiya üçün təqdim olunmuş orta nümunələrin miqdarı beş butulkadan az olmamalıdır.
Hər bir adda şərabçılıq məhsulu dequstasiya edilərkən komissiya üzvü həmin məhsuldan 50 ml olmaq şərti ilə istifadə edə bilər.
Şərabçılıq məhsullarının tipi onların buketinin xarakterinə uyğun olmalıdır.
Oynaq və qazlaşdırılmış şərablarda güclü köpüklənmə, uzunmüddətli xırda qabarcıqlar və tez itən oynaqlar qiymətləndirilməlidir.
Dequstasiya zamanı xüsusi dequstasiya qədəhlərindən istifadə olunmalıdır.
Şərabçılıq məhsulları müəyyən ardıcıllıqla dequstasiyaya təqdim edilməlidir. Turş şərablar şirin şərablardan, az ətirlilər çox ətirlilərdən, cavan şərablar isə köhnə şərablardan əvvəl dequstasiya olunmalıdır.
Oynaq şərablar və konyaklar (brendilər) ayrıca və yaxud müəyyən fasilədən sonra dequstasiya olunmalıdır.
Oynaq şərablar dequstasiyaya şəkərlilik faizinə görə verilir. Belə ki, tam turş, turşaşirin və sairə, muskat şərablar isə dequstasiyaya axırda verilir.
Konyak (brendilər) dequstasiyaya yetişmə müddətinin artması ardıcıllığı ilə verilir.
Dequstasiya zamanı şərabçılıq məhsullarının ağızda çox saxlanması məsləhət deyil. Çünki bu zaman dadbilmə orqanlarının həssaslığı azalır. Dad və buketi qiymətləndirmək üçün 30 saniyə kifayətdir.
Dequstasiya komissiyasının hər bir üzvü şərabçılıq məhsullarının orqanoleptik göstəricilərinə görə verdiyi qiyməti dequstasiya vərəqəsində qeyd edir və toplayıb orta balı müəyyənləşdirir.
Şərabçılıq məhsullarının orqanoleptik göstəriciləri 100 bal sistemi üzrə aparılır.
təmizliyi, intensivliyi, keyfiyyəti
təmizliyi, intensivliyi, daddan sonra, keyfiyyəti
harmoniklik, (ümumi təsəvvür)
Ekspertin imzası______________ "___"_____________________200__ il
Dequstasiya komissiyasının iclasının qərarı protokol formasında rəsmiləşdirilir. Protokolu komissiyanın sədri və katibi imzalayır.
Dequstasiya komissiyasının iclas protokolunda aşağıdakılar göstərilir:
dequstasiyanın aparıldığı tarix və protokol nömrəsi;
iclasda iştirak edən komissiya üzvlərinin vəzifəsi, soyadı və adı;
dequstasiyaya təqdim olunan məhsulların və onların istehsalçılarının adları;
dequstasiyanın nəticələrinin ballarla qiyməti;
lazımi hallarda məhsulların keyfiyyət xarakteristikası;
lazımi hallarda müəssisəyə məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün kömək məqsədi ilə tövsiyələr və tədbirlər.
Dequstasiyanın nəticələri barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gün müddətində müəssisəyə məlumat verilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən şərabçılıq məhsullarına gigiyenik sertifikat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəyindən sonra verilir.
İstehsalçı tərəf dequstasiyanın nəticəsindən razı qalmadıqda, komissiyanın sədrinə öz etirazını bildirmək hüququnu saxlayır. Məsələ mübahisəli qaldıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydası ilə həll olunur.
Bu Əsasnamə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir.
İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitin xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.
İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalının texnologiyası qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (qida) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.
İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir.
İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq etiketləşdirilir.
İstehsal mənşəyinə görə adlar verilən şərabçılıq məhsullarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 gündən gec olmayaraq baxılır və qərar qəbul olunur.
Şərabçılıq məhsullarına (üzümdən hazırlanmış şərablara, şampan şərablarına və brendilərə (konyaklara) adların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.
Ad olmaq üçün istehsalçı şərabçılıq məhsullarının yeni növlərini və çeşidlərini istehsala hazırlayarkən onların nümunələrini tələb olunan sənədlərlə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidir.
Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların saxlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.
Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:
məhsula dair annotasiya;
məhsula ad verilməsi barədə əsaslandırma məktubu;
məhsulun tərkibi barədə reseptura məlumatları;
məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı və həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd;
məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;
məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərinin eskizləri;
ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.
Şərabçılıq məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız qida məhsullarından alınan etil spirtindən istifadə edilir.
Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.
Qəbul edilmiş ərizə üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır.
Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.
Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da patentləşdirilməlidir.
Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
1. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
3. 1 aprel 2016-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 797)
4. 3 avqust 2018-ci il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 avqust 2018-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1794)
5. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
6. 30 dekabr 2019-cu il tarixli 521 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2101)
7. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)