Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. üzümçülük - üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi;

1.0.2. üzüm əkini materialları - üzümlüklərin salınmasında istifadə edilən, habelə öz kökü üstündə və ya calaq edilib yetişdirilən tinglər, calaqaltı və calaqüstü çubuqlar;

1.0.3. üzüm məhsulları - təbii və ya emal olunmuş halda istehlak edilən süfrə üzümü, kişmiş, doşab, şirə və digər qida məhsulları;

1.0.4. şərabçılıq - üzümdən hazırlanmış şərab və brendi (konyak) istehsalı və saxlanması proseslərini əhatə edən qida sənayesi sahəsi;

1.0.5. şərab - üzüm şirəsindən alınan alkoqollu içki;

1.0.6. brendi (konyak) - süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver