Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Üzümçülük və şərabçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. üzümçülüyün təşkili, üzüm və şərabçılıq məhsullarının, üzüm əkini materiallarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

5.0.2. üzüm və şərabçılıq məhsullarının bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;

5.0.3. Azərbaycan Respublikası ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü genetik modifikasiya olunmamış üzüm sortlarını yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını çoxaltmaq, habelə coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə investisiya qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər vermək;

5.0.4. şərabçılıq məhsullarının istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinin qaydalarını müəyyən etmək;

5.0.5. üzüm və şərabçılıq məhsullarının idxalını və ixracını tənzimləmək;

5.0.6. şərabçılıq məhsullarına dair aksiz vergilərinin dərəcələrini müəyyən etmək;

5.0.7. üzüm və şərabçılıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək;

5.0.8. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil

Üzümçülüyün təşkİlİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver