Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının xüsusiyyətləri

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.

8.2. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm sortlarının becərilməsində herbisidlərdən istifadəyə yol verilmir.

8.3. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının texnologiyası bu Qanunun 7-ci maddəsində göstərilən texniki normativ hüquqi aktlarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver