13-6.1. Lisenziya itirildikdə və ya zədələndikdə lisenziyanın sahibi lisenziyanın dublikatının verilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Banka ərizə ilə müraciət edir.
13-6.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində lisenziyanın dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
13-6.3. Lisenziyanın dublikatının verildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
13-6.4. Lisenziyanın dublikatı itirilmiş və ya zədələnmiş lisenziya ilə eyni hüquqi qüvvəyə malikdir.