1. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərin Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər.
2. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.
3. Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gətirilmə tarixi, gətirilmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatı 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına, maliyyə monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
4. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürə bilərlər. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.
5. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
6. Bu maddənin 1-5-ci bəndlərinə müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bank müəyyən edir.
7. Fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərin, o cümlədən Azərbaycan Respublikasında əldə etdikləri vəsait müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.