Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Vəkilin hüquqları

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər.

II. Vəkillər aşağıdakı hüquqlara malikdirlər:

hüquqi yardım üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarını, qanuni maraq və mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiə və təmsil etmək;

öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək;

vəkillik fəaliyyətini həyata keçirməklə əlaqədar sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları (məlumatları) və digər sənədləri dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı yazılı sorğular vermək;

xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy və məlumatlar almaq;

qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək;

qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq;

kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver