I. Vəkillər barəsində verilən şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş ildir.
II. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.
III. Barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malikdirlər.