QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 123

Maddə 123. Ödəmə mənbəyində faizlərdən vergi tutulması

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki ş əxsin Azərbaycan Respublikas ı ndak ı daimi n ü mayəndəliyinə (maliyyə lizinqini həyata ke ç irən fiziki ş əxslər istisna olmaqla) və Azərbaycan Respublikas ı nda daimi n ü mayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

123.2. Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, bu Məcəllənin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.

123.3. İstiqraz üzrə ö dənilən diskont və faiz gəlirləri ü zrə ö dəmə mənbəyində vergi istiqraz m ü lkiyyət ç isinin həmin istiqraza malik oldu ğ u g ü nlərin say ı na m ü tənasib surətdə hesablan ı r.

123.4. Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver