QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 128

Maddə 128. Güzəştli vergi tutulan ölk ə l ə r v ə ya ə razil ə r

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, aşağıdakı ölkələr və ya ərazilər başa düşülür:

128.2.1. vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha as ̧ ag ̆ ı hissəsinə bərabər olan ölkələr və ya ərazilər və (və ya);

128.2.2. Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər və (və ya);

128.2.3. maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər.

128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver