QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 144

Maddə 144. Gəlirin və ya zərərin qəbul edilməməsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

144.1. Vergi tutulan gəlir müəyyən edilərkən aşağıdakı hallarda gəlir və ya zərər nəzərə alınmır:

144.1.1. aktivlər ər və arvad arasında verildikdə;

144.1.2. aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

144.1.3. aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə;

144.1.4. hüquqi və fiziki şəxslər tərəfindən daşınar və da şı nmaz əmlak, qeyri-maddi aktivlər, habelə əmlak kompleksi şəklində müəssisələr dövlət orqanlarına (qurumlarına), el ə c ə d ə siyah ı s ı m ü vafiq icra hakimiyy ə ti orqan ı n ı n m ü ə yy ə n etdiyi orqan (qurum) t ə r ə find ə n t ə sdiq edil ə n ictimai v ə sosial m ə qs ə dl ə r üçü n yarad ı lm ış fondlara əvəzsiz olaraq verildikdə;

144.1.5. bu Məcəllənin 114.2-ci maddəsinə uyğun olaraq amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar;

144.1.6. bu Məcəllənin 114.10-cu maddəsi ilə müəyyən edilmiş qaydada amortizasiya olunan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən subsidiyalar.

144.2. Bu Məcəllənin 144.1.3 -cü maddəsində göstərilən əvəzedici aktivin dəyəri əvəz olunan aktivin məhv edildi Maddə 144. … və aktivlərə aid edilən subsidiyalar.

144.2. Bu Məcəllənin 144.1.3 -cü maddəsində göstərilən əvəzedici aktivin dəyəri əvəz olunan aktivin məhv edildiyi, ləğv olunduğu və ya təqdim edildiyi vaxtdakı ilk dəyəri nəzərə alınmaqla müəyyənləşdirilir.

144.3. Bu Məcəllənin 144.1.1-ci və ya 144.1.2-ci maddələrinə uyğun olaraq mənfəətin vergi məqsədləri üçün nəzərə alınmadığı əqdin nəticəsində alınan aktivin dəyəri əqd günündə onu verən tərəf üçün də aktivin dəyəri sayılır.

144.4. Çıxarılmışdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver