QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 188

Maddə 188. Aksizdən azadolmalar və güzəştlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

188.1. Aşağıdakılar aksizdən azad edilir:

188.1.1. fiziki şəxsin şəxsi istifadəsi üçün aşağıdakı miqdarda aksizli malların idxalı:

188.1.1.1. 1,5 litr alkoqollu içki;

188.1.1.2. 2 litr energetik içki;

188.1.1.3. 200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar;

188.1.1.4. 3 ədəd qəlyan və onların əvəzediciləri;

188.1.1.5. 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;

188.1.1.6. 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

188.1.1.8. 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları;

188.1.1.9. 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;

188.1.1.10. Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq;

188.1.1.11. təqvim ili ərzində 1 ədəd mobil cihaz.

188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;

188.1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;

188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış v Maddə 188. … zərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;

188.1.7. bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 6 il müddətinə;

188.1.8. mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı -2024-cü il yanvarın 1-dən 3 il müddətinə;

188.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur. Maddə 188. … tətbiq olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver