QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 191

Maddə 191. Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

191.1. Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə, hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

191.2. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.

191.3. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. 191.3-1. bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallar Azərbaycan Respublikasının ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilir.

191.4. Aksizlər dövlət büdcəsinə ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver