QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 194

Maddə 194. Aksizli mallar üzərində vergi nəzarəti

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

194.1. Azərbaycan Respublikas ı nda istehsal edilən, yaxud ö lkəyə idxal olunan aksiz markas ı ilə markalanmal ı olan mallar ı n siyah ı s ı, Azərbaycan Respublikas ı n ı n ərazisində d ö vriyyəsinin tənzimlənməsi, aksiz markalar ı n ı n haz ı rlanmas ı üçü n sifari ş in verilməsi, onların tətbiqi, sat ışı və u ç otunun apar ı lmas ı qaydas ı m ü vafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqan (qurum) tərəfindən m ü əyyən edilir. Aksiz markalar ı n ı n haz ı rlanmas ı, onlar ı n vergi ö dəyicilərinə verilməsi və u ç otunun apar ı lmas ı m ü vafiq icra hakimiyyəti orqan ı n ı n m ü əyyən etdiyi orqan (qurum) tərəfindən tə ş kil edilir. Belə aksizli mallar ı markas ı z idxal etmək, saxlamaq ( ş əxsi məqsədlər üçü n istisna olmaqla) və ya satmaq qada ğ and ı r. 194.1-1. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulan qaydalar ı n tələblərini pozan ş əxs bu Məcəllədə, Azərbaycan Respublikas ı n ı n İ nzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikas ı n ı n Cinayət Məcəlləsində nəzərdə tutulmu ş hallarda məsuliyyət da şı yır. 194.1-2. Aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

194.2. Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarınd Maddə 194. Aksizli … edən vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirləri görməklə aksizli malların uçota alınmadan, markalanmadan elektron qaimə-faktura təqdim edilmədən və bu Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir.

194.2.1. Nəzarət postları müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal sahələrinin əsas giriş və çıxış qapısının yaxınlığında yaradılır.

194.2.2. Nəzarət postları yaradıldıqda markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin texnoloji avadanlıqlarının, ölçü vasitələrinin və laboratoriya cihazlarının texniki sazlığının, standartlara uyğunluğunun yoxlanılması və həmin cihazların plomblanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

194.2.3. Nəzarət postlarının işçiləri aksiz markalarının qalıqlarını inventarizasiya etməklə, istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarını, xammal, material və hazır məhsul anbarlarını, istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamaqla, eləcə də hazır məh Maddə 194. Aksizli … əzarət-ölçü cihazlarını, xammal, material və hazır məhsul anbarlarını, istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamaqla, eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədlərinə ( elektron qaimə-fakturas ı na, elektron əmtəə-nəqliyyat qaiməsinə və s.) baxış keçirməklə markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edirlər.

194.2.4. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə vergi orqanının təsdiq etdiyi forma üzrə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda, növbələrarası həmçinin lisenziyaların qüvvədə olma müddətinin dayandırılması və ya onların ləğv edilməsi, hazır məhsulun maskalanması üçün aksiz markalarının, istehsal üçün xammalın, yardımçı və qablaşdırıcı materialların olmaması, habelə texniki səbəblərdən avadanlığın daha uzun müddət dayanması zamanı həyata keçirilir.

194.2.5. Avadanlığın dayandırılması zamanı istehsal güclərinin qapanması istehsal üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın. 194.2 Maddə 194. Aksizli … üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın.

194.2.6. Plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir.

194.2.7. Nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək plomblar açıla bilər.

194.2.8. Nəzarət postlarının işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd etməlidirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində ( elektron qaimə-faktura, elektron əmtəə-nəqliyyat qaiməsi və s.) "buraxılışa icazə verilir" qeydini aparmalıdırlar.

194.2.9. Plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcədə bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri Maddə 194. Aksizli … Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər.

194.3. Çıxarılmışdır. XIII fəsil. Əmlak vergisi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver