219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
219.2. Bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir. 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. 219.3-2. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan torpaq sahələri vergitutma obyektidir.
219.4. İdman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir. 219.4-1. Lotereya təşkilatçısı üçün lotereya biletlərinin satışından əldə edilmiş vəsait, lotereya biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.
219.5. Sadə Maddə 219. … biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.
219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.