QanunvericilikAzərbaycan Respublikasının Vergi Məcəlləsi › Maddə 67-2

Maddə 67-2. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutma

Azərbaycan Respublikasının Vergi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

67-

2.1. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir. 67-

2.2. İnvestisiya təşviqi sənədini əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədinin alındığı tarixdən hesablanır. 67-

2.3. İnvestisiya təşviqi sənədini almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparır və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada ödəyir. 67-

2.4. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə il Maddə 67-2. İnvestisiya təşviqi … sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver