Maddə 76. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları, habelə elektron pul təşkilatları tərəfindən məlumatların verilməsi
76.1. Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eynil ə ş dirm ə m ə lumat ı n ı, onun hesabları və hesab ə m ə liyyatlar ı bar ə d ə m ə lumat, h ə m ç inin bu m ə lumat ı t ə sdiq ed ə n s ə n ə dl ə ri almaq hüququna malikdir. 76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
76.2. Kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76 Maddə 76. Banklar ….2. Kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. Bu maddənin digər m ü ddəalar ı ndan as ı l ı olmayaraq, Azərbaycan Respublikas ı n ı n tərəfdar çı xd ığı beynəlxalq m ü qavilələrin tələblərindən irəli gəldiyi halda xarici d ö vlətin səlahiyyətli orqan ı ndan daxil olan m ü raciətdə (sor ğ uda) hesab sahibinə m ü vafiq məlumat ı n verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat g ö ndərilmir.
76.3. Bu maddə ilə müəyyən edilmiş qaydada bank və digər ödəniş hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hallarda bank və digər ödəniş hesabları və əməliyyatlar barədə alınmış məlumatların digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.