AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.
3. Nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın ki, 2001-ci il 1 yanvar tarixdən vergi ödəyicilərinin uçotunu Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə uyğun olaraq aparsın.
5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Dövlət Statistika Komitəsinə tapşırılsın ki, öz işlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi və fiziki şəxslərə verilən vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən istifadə etsinlər.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə” 1996-cı il 19 dekabr tarixli, 182 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 21 dekabr 2000-ci il
1. 28 fevral 2002-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 02, maddə 112)
2. 04 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 04, maddə 214)
3. 16 iyul 2003-cü il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 07, maddə 390)
4. 13 aprel 2004-cü il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 04, maddə 296)
5. 17 may 2005-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 05, maddə 456)
6. 5 avqust 2023-cü il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 11 avqust 2023-cü il, № 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1260)