“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cü il tarixli 65 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Zamanovaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 11-2-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və vergi orqanlarında xidmətə qəbul edilən şəxslərin staj və sınaq keçmə qaydalarını müəyyən edir.
1.2. Vəzifəyə təyinat zamanı staj və ya sınaq müddətinin müəyyən edilməsi müvafiq əmrdə göstərilir. Staj müddəti bitdikdən sonra sınaq müddəti müəyyən edilərsə, bu məsələ ayrıca əmrlə rəsmiləşdirilir.
2.1. Əsasnamənin 10-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ilk dəfə vergi orqanlarında xidmətə qəbul edilən şəxslərlə 6 aylıq staj müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanılır.
2.2. Barəsində staj müddəti müəyyən edilən vəzifəli şəxs (bundan sonra – stajçı) staj müddəti ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) Tədris Mərkəzində peşə hazırlığı kursuna cəlb edilir və həmin kursun nəticəsinə dair imtahan verir.
2.3. Peşə hazırlığı kursunun keçirilməsinə və nəticəsinin qiymətləndirilməsinə dair tələblər, o cümlədən imtahan üzrə keçid balı Xidmət tərəfindən müəyyən edilir.
2.4. Staj müddəti ərzində stajçının fəaliyyətinə nəzarət etmək və onun işini istiqamətləndirmək üçün stajçının vəzifəyə təyin olunduğu Xidmətin müvafiq strukturunun vəzifəli şəxslərindən kurator müəyyən edilir. Kurator stajçı xidmətə qəbul edildikdən sonra 5 iş günü ərzində Xidmətin müvafiq əmri ilə təyin olunur.
2.5. Staj müddəti ərzində kurator vəzifədən azad edildikdə, habelə kurator və ya stajçı başqa vəzifəyə keçirildikdə, stajçıya yeni kurator təyin olunur. Kurator iş yerində olmadıqda (ezamiyyətdə, məzuniyyətdə olduqda və ya əmək qabiliyyətini müvəqqəti itirdikdə) nəzarət stajçının bilavasitə rəhbəri, o iş yerində olmadıqda isə onun vəzifələrini müvəqqəti icra edən şəxs tərəfindən aparılır.
2.6. Kurator stajçıya xidməti vəzifələrini yerinə yetirərkən qarşıya çıxan məsələlərin həll edilməsində metodik köməklik göstərməli, stajçının fəaliyyətinə nəzarət edərək onun işini istiqamətləndirməlidir.
2.7. Kurator staj müddətinin qurtarmasına 10 iş günü qalmış stajçının vergi orqanlarında daimi xidmətə qəbul edilməsinin məqsədəmüvafiqliyinə dair müsbət və ya mənfi rəyi əks etdirən tövsiyəni bu Qaydaların əlavəsində nəzərdə tutulan formada hazırlayaraq stajçının xidmət keçdiyi struktur bölmənin rəhbərinə təqdim edir. Staj müddətində bu Qaydaların 2.5-ci bəndində qeyd olunan səbəblərdən stajçının 2 və daha artıq kuratoru olduqda, sonuncu kurator əvvəlki kuratorların tövsiyələrini də özünün hazırladığı tövsiyə ilə birlikdə təqdim edir.
2.8. Stajçının xidmət keçdiyi struktur bölmənin rəhbəri staj müddətinin bitməsinə 5 iş günü qalmış tövsiyəni Xidmətin Aparatının insan resurslarının idarə edilməsi sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur bölməsi ilə razılaşdırmaqla Xidmət rəisinə təqdim edir.
2.9. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş və barəsində müsbət rəy verilmiş stajçı sınaq müddəti müəyyən edilmədən vergi orqanlarında daimi xidmətə qəbul edilir.
2.10. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmamış, lakin barəsində müsbət rəy olan və ya peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş, lakin barəsində müsbət rəy olmayan stajçı ilə 3 aya qədər sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanılır.
2.11. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmayan stajçı barəsində müsbət rəy verilmədikdə stajın nəticəsi qaneedici hesab edilmir və onun vergi orqanlarında xidmətinə Əsasnamənin 75-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq xitam verilir.
3.1. Əsasnamənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmiş sınaq müddəti ərzində vəzifəli şəxsin xidməti fəaliyyətinə, onun peşəkarlıq vərdişlərinə yiyələnməsinə bilavasitə rəhbəri nəzarət edir və o iş yerində olmadıqda nəzarət onun vəzifələrini müvəqqəti icra edən şəxs tərəfindən aparılır.
3.2. Staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmamış vəzifəli şəxslər müvafiq kursa sınaq müddəti dövründə cəlb edilirlər.
3.3. Əsasnamənin 10-1-ci maddəsinə əsasən staj müddəti müəyyən edilmədən vəzifəyə təyin olunan şəxslər sınaq müddəti dövründə peşə hazırlığı kursuna cəlb edilmirlər.
3.4. Vəzifəli şəxsin bilavasitə rəhbəri sınaq müddətinin qurtarmasına 10 iş günü qalmış vəzifəli şəxsin vergi orqanlarında daimi xidmətə qəbul edilməsinin məqsədəmüvafiqliyinə dair müsbət və ya mənfi rəyi əks etdirən tövsiyəni bu Qaydaların əlavəsində nəzərdə tutulan formada hazırlayaraq onun xidmət keçdiyi struktur bölmənin rəhbərinə təqdim edir.
3.5. Vəzifəli şəxsin işlədiyi struktur bölmənin rəhbəri sınaq müddətinin bitməsinə 5 iş günü qalmış tövsiyəni Xidmətin Aparatının insan resurslarının idarə edilməsi sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur bölməsi ilə razılaşdırmaqla Xidmət rəisinə təqdim edir.
3.6. Sınaq müddəti nəticəsində vəzifəli şəxs barəsində müsbət rəy verildikdə, bu Qaydaların 3.2-ci bəndində qeyd olunan vəzifəli şəxslər isə, həmçinin peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda vergi orqanlarında daimi xidmətə qəbul edilirlər. Əks halda sınağın nəticəsi qaneedici hesab edilmir və vəzifəli şəxsin vergi orqanlarında xidmətinə Əsasnamənin 75-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq xitam verilir.
4.1. Peşə hazırlığı kursunun nəticəsindən və ya tövsiyədən razı olmayan vəzifəli şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir.
4.2. Bu Qaydaların tələblərinin pozulması, o cümlədən əsassız məlumatların əks olunduğu tövsiyənin təqdim edilməsi intizam məsuliyyətinə səbəb olur.
“Vergi orqanlarında staj və sınaq keçmə Qaydaları”na Əlavə
_____________________________________________________________________________
______________________________________________fəaliyyətinin nəticəsi haqqında
____________________________________________________________________________

______________________________________________________________________