Qanunvericilik › “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.11.2016) › Tam mətn

“Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.11.2016)

“Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 24.11.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 24 noyabr 2016-cı il

1. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq.

2. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq.

3. Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər.

4. Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat.

5. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə.

6. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə.

7. İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması.

8. Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.

9. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi.

10. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi.

11. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi.

12. Taksi sifarişi operatoru fəaliyyətinə icazə.

13. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.

15. Qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı.

16. Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə.

17. Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə.

18. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərar.

19. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazə.

20. Elektrik enerjisinin ötürülməsinə icazə.

21. Elektrik enerjisinin paylanmasına icazə.

22. Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə.

23. 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktı.

24. Qazın istehsalına və təbii qazın emalına icazə.

25. Qazın nəqli üçün icazə.

26. Qazın paylanmasına icazə.

27. Qazın saxlanmasına icazə.

28. Sənaye qaz qurğusunun istismarına icazə.

29. Neft və qaz yataqlarının kəşfiyyatına icazə.

30. Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə.

31. Neft və neft məhsullarının emalına icazə.

32. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə.

33. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsi.

34. İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərar.

35. Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi.

36. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası.

37. Sənaye parkının qeydiyyat şəhadətnaməsi.

38. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi.

39. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

40. Sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd.

41. İnvestisiya təşviqi sənədi.

42. Açıq məkanda reklamın yerləşdirilməsinə icazə.

43. Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilə.

45. Tikinti obyektinin istismarına icazə.

46. Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası.

47. Səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə.

48. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış.

Qeyd. Siyahının 40-cı hissəsi işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.

1. 16 noyabr 2018-ci il tarixli 489 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2439)

2. 31 may 2021-ci il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 iyun 2021-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 533)

3. 25 dekabr 2023-cü il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2023-cü il, “Xalq” qəzeti, 28 dekabr 2023-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1807)

4. 12 yanvar 2024-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 77)

5. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

6. 7 may 2024-cü il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 may 2024-cü il, “Xalq” qəzeti, 14 may 2024-cü il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 586)

7. 29 dekabr 2024-cü il tarixli 555 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1460)

8. 29 dekabr 2024-cü il tarixli 556 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1461)

9. 28 noyabr 2025-ci il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1103)

10. 2 fevral 2026-cı il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 fevral 2026-cı il, “Xalq” qəzeti, 6 fevral 2026-cı il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 172)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver