Qanunvericilik › “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.04.2022) › Tam mətn

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.04.2022)

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.04.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri reyestrin formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 aprel 2022-ci il

1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin (bundan sonra - Reyestr) aparılması və istifadə edilməsi qaydalarını müəyyən edir.

1.2. Reyestr “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirir.

1.3. Reyestr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.

2.1. Reyestrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə məlumalar əks olunur.

2.2. Reyestrə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatlarda təkrara yol verilməməsinə və həmin məlumatlardan səmərəli istifadə edilməsinə imkan yaradan şəxsi qeydiyyat nömrəsi əsasında aparılır və bu barədə müvafiq kağız və elektron daşıyıcıda qeydlər edilir.

2.3. Şəxsi qeydiyyat nömrəsi təkrar olunmur və dəyişilmir. Şəxsi qeydiyyat nömrəsi ilə medalın nömrəsi eyniyyət təşkil edir.

2.4. Reyestrə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal şəxsi qeydiyyat nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu barədə çıxarış təqdim oluna bilər.

2.5. Reyestrə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bazasına daxil edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti struktur bölməsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və Reyestrdə müvafiq qeydlər aparılır.

3.1. Reyestrə daxil edilməli olan məlumatlar aşağıdakılardır:

3.1.1. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxsin:

4. fərdi identifikasiya nömrəsi (FİN-i);

5. mənsub olduğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ya digər orqanın (qurumun) adı;

6. təltif edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktının rekvizitləri;

3.1.2. medalın seriya və nömrəsi.

Reyestrin istifadəçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə yetirməyə borcludurlar.

5.1. Reyestrdə olan məlumatlar dövlət orqanlarına (qurumlarına) və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən verilə bilər.

5.2. Reyestrdə qeyd olunan məlumatları əldə etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı surətdə müraciət edilir.

5.3. Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 3 (üç) iş günü müddətində verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver