AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYASININ QƏRARI
“Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi üzrə inzibati reqlament”nin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərinə əsasən
1. “Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 7 aprel 2017-ci il tarixli, 100/02/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi.
1.2. Elektron xidmətin məzmunu:
Dövlət Gömrük Komitəsinə (bundan sonra – Komitə) elektron qaydada müraciət etmiş şəxsə müraciətin qəbul olunması və müraciətin qeydiyyat nömrəsi haqqında məlumat göndərilir. Komitəyə yazılı müraciət etmiş şəxslər həmin məlumatları Komitənin “Çağrı Mərkəzi”nə müraciət etməklə əldə edə bilərlər.
Bu xidmət vasitəsilə şəxslər istədikləri vaxt həmin qeydiyyat nömrəsinə uyğun sorğu və məktubun icraçısı və icra vəziyyəti barədə elektron formada məlumat əldə edirlər.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 37-ci və 52-ci maddələri;
1.3.2. “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.11-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.
1.5. Elektron xidmətin digər icraçıları:
Xidmət yalnız Komitə tərəfindən həyata keçirilir.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
Xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Bu xidmət vasitəsilə şəxslər istədikləri vaxt Komitəyə göndərdikləri sorğu və məktubların icraçısı və icra vəziyyəti barədə elektron formada məlumat əldə edirlər.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.e-gov.az
2.4.2. http://dgk.gov.az/az/e-xidnew.html
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. elektron ünvan: http://www.customs.gov.az
2.5.2. Elektron poçt: office@ customs.gov.az
2.5.3. Telefon: (+99412) 404-22-00
2.5.4. Çağrı Mərkəzi: “195(6)”
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Xidmətdən istifadə üçün sənəd tələb olunmur.
3.1. Xidmət istifadəçilər üçün daim açıqdır. İnteraktiv xidmətin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
Şəxslər elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq (reqlamentin 2.4-cü bəndi) sorğu və ya məktubun qeydiyyat nömrəsini müvafiq hissəyə daxil edirlər.
3.2.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatlar düzgün aparılaraq daxil edildikdə sorğu qəbul olunur və istifadəçi müraciətin icra vəziyyəti barədə məlumat əldə edir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi, sorğu və ya məktubun qeydiyyat nömrəsini daxil etmədikdə və ya səhv daxil etdikdə sorğu qəbul olunmur.
3.3.2. Sorğunun qəbulu:
İstifadəçi tərəfindən sorğu və ya məktubun qeydiyyat nömrəsi düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
İstifadəçilər real vaxt rejimində məktubun Komitənin hansı bölməsində və kimin icrasında olduğu və icraçının əlaqə telefonu barədə məlumat əldə edirlər. Onlar icraçı ilə əlaqə yaradıb sorğu və məktubun icra vəziyyəti ilə bağlı əlavə məlumat ala bilərlər.
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Elektron xidmətin göstərilməsinə Komitənin Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Məlumatlar informasiya sisteminə daxil edildikdə xidmət emal müddətindən asılı olaraq həyata keçirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası:
İstifadəçi onlayn müraciət edir və müraciət Komitə tərəfindən cavablandırılır.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması
Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.
3.5.2. Nəzarət qaydası.
Elektron xidmətin göstərilməsinə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə “İnzibati icraat haqqında” Qanunun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711215001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 dekabr 2017-ci il)