“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” ölkə başçısının 2015-ci il 14 iyul 569 nömrəli Fərmanının 5.3-cü bəndinin və 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
1. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05.08.2004-cü il tarixli 22-T nömrəli əmri (16.08.2004-сü il tarixli 3077 nömrəli şəhadətnamə) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04.05.2007-ci il tarixli 20-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə əmrlərlə təsdiq olunmuş bəzi normativ aktlara əlavə və dəyişikliklər edilməsinə dair Siyahı”nın 22-ci bəndi (19.06.2007-ci il tarixli 3308 nömrəli şəhadətnamə) ləğv edilsin.
4. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın müddəalarının öyrənilməsi və dürüst icrası üzrə lazımi tədbirlərin görülməsi təmin edilsin (İ.Məmmədov).
5. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
I dərəcəli dövlət ədliyyə müşaviri
1.1. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat” (bundan sonra – Təlimat) Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində yerləşən qeydiyyat şöbələri, onların bölmələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq “qeydiyyat şöbəsi”, “nikah evi”, “konsulluq idarəsi”, “icra hakimiyyətinin nümayəndəliyi”) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydasını müəyyən edir.
1.2. Kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.
1.3. Kargüzarlığın aparılması üçün əməkdaşlar arasında iş bölgüsü aparılır.
1.4. Kargüzarlığın, arxiv işlərinin, habelə kargüzarlıqla bağlı olan digər işlərin və sənədlərin aparılmasını icra edən şəxs vəzifədən azad olunduqda və ya başqa işə keçirildikdə, arxiv işləri və sənədlər digər işçiyə və ya həmin vəzifəyə yeni təyin edilmiş şəxsə təhvil verilir və bu barədə təhvil-qəbul aktı tərtib edilir.
1.5. Kargüzarlıq işlərinin aparılmasına nəzarət və vətəndaşların müraciətlərinə baxılması qaydasına riayət olunmasına həmin orqanın rəhbəri və iş bölgüsünə müvafiq olaraq digər əməkdaşları da məsuliyyət daşıyır.
2.1. Qeydiyyat şöbəsinə, nikah evinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə daxil olan aktlar, xidməti məktublar, teleqramlar, eyni zamanda fiziki və hüquqi şəxslərin sorğu və müraciətləri daxil olduqları gün qeydə alınmalıdır (1 №-li əlavə).
2.2. Reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət cədvəlləri, dəvətnamələr, biletlər, toplantı və konfrans proqramları, təbrik açıqcaları, mühasibat sənədləri, müqavilələr, hesab-fakturalar, smetalar, kitab, qəzet, jurnal, bülleten və digər dövri mətbu nəşrlər, statistik və hesabat xarakterli məcmuələr, qrafiklər və cədvəllər, məlumat üçün göndərilən müxtəlif sorğu-informasiya materialları, icmallar, tədris proqramları, hidrometeoroloji və digər proqnozlar qeydə alınmır.
2.3. Zərflər açılarkən ünvanlanmanın və tərtibin düzgünlüyü, sənədlərin, onlara edilmiş əlavələrin komplektliyi və tamlığı yoxlanılır, sənədlərin nömrəsi ilə zərflərdə göstərilən nömrələr tutuşdurulur.
2.4. Düzgün ünvanlanmayan sənədlər təyinatı üzrə göndərilir, səhvən qoyulmuş sənədlər isə geri qaytarılır.
2.5. Korlanmış sənədin son vərəqinin arxa tərəfində “Sənəd korlanmış şəkildə alınıb” sözləri yazılır.
2.6. Daxil olan sənədlərdə tarix və onları göndərənin ünvanı yoxdursa, yaxud korrespondensiyanın göndərilmə tarixi onun alındığı tarixdən xeyli fərqlənirsə, həmin sənədlərin poçt ştempelləri vurulmuş zərfləri saxlanılır. Korrespondensiyanın göndərilmə və alınma tarixini ştempellərlə sübut etmək lazım gəlmədiyi digər hallarda zərflər məhv edilir. Yalnız göndərənin ünvanını, göndərilmə və alınma tarixini müəyyən etmək mümkün olmadıqda sənədlərin qoyulduğu zərflər məhv edilmir.
2.7. “Şəxsən” qeydi ilə göndərilmiş sənədlər qeydə alınmadan təyinatı üzrə verilir.
3.1. Daxil olan sənədin birinci səhifəsinin aşağı sağ küncündə qeydiyyat ştampı vurulur, sənədin qeydiyyat nömrəsi, vərəqlərin sayı və daxilolma tarixi qoyulur.
3.2. Sənədin qeydiyyat nömrəsi işin nomenklatur nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir.
3.3. Qeydiyyata alınmış sənədlər dərkənarla aidiyyəti üzrə icraya yönəldilir. Sənədlər təyinatı üzrə qeydiyyat günü çatdırılır, təcili korrespondensiya və teleqramlar isə dərhal imzalanaraq və ya qeydiyyat vərəqəsində sənədin kimə verildiyi, verilmə tarixi göstərilərək qeydə alınır.
3.4. Daxil olan ərizələr aşağıdakı qaydada qeydə alınır:
3.4.1. nikahın qeydə alınması nikaha daxil olmağı arzu edənlərin ərizəsi əsasında aparılır;
3.4.2. vətəndaşlar nikahın bağlanması haqqında ərizə ilə müraciət etdikdə həmin ərizənin daxilolma tarixi, nikaha daxil olmaq istəyən şəxslərin soyadı, adı, atasının adı, nikahın qeydiyyatının təyin olunduğu tarix nikahın bağlanması haqqında ərizələrin qeydiyyat kitabında qeydə alınmalıdır. Nikah bağlandıqdan sonra nikahın bağlanma tarixi və akt qeydinin nömrəsi həmin kitabda göstərilir (3 №-li əlavə);
3.4.3. nikahın pozulması və ya nikahın pozulmasının qeyd edilməsi haqqında ərizələr nikahın pozulması haqqında ərizələrin qeydiyyat kitabında qeyd olunur. Nikahın pozulmasının qeydiyyatı aparıldıqdan sonra kitaba akt qeydinin nömrəsi və tarixi əlavə edilir (4 və 5 №-li əlavələr);
3.4.4. övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydə alınır;
3.4.5. övladlığa götürənlər övladlığa götürmənin dövlət qeydiyyatı üçün ərizə ilə müraciət etdikdə həmin ərizənin daxilolma tarixi, övladlığa götürənlərin soyadı, adı, atasının adı, övladlığa götürmə barədə məhkəmə qətnaməsinin tarixi, nömrəsi, eləcə də övladlığa götürmə haqqında tərtib edilən akt qeydinin nömrəsi və tarixi qeyd olunmaqla övladlığa götürmənin qeydə alınması haqqında ərizələrin qeydiyyat kitabında qeydə alınır (6 №-li əlavə);
3.4.6. atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır;
3.4.7. atalığın müəyyən edilməsi barədə ərizələrdə onların daxil olduğu tarix, valideynlərin soyadı, adı, atasının adı, atalığı müəyyən etmək haqqında qeydin əsası, atalığın müəyyən edilməsi haqqında akt qeydinin nömrəsi və tarixi göstərilməklə atalığın müəyyən edilməsi haqqında ərizələrin qeydiyyat kitabında qeydə alınır (7 №-li əlavə);
3.4.8. vətəndaşların adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizələrdə onların daxil olduğu tarix, ərizəçinin soyadı, adı, atasının adı, yaşadığı yer, xahişin mahiyyəti, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizələrin qeydiyyat kitabında qeydə alınır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydə alındıqdan sonra akt qeydinin nömrəsi və tarixi kitabda göstərilməlidir (8 №-li əlavə);
3.4.9. vətəndaşlıq vəziyyəti aktlarının itirilmiş qeydlərinin bərpası, ləğv edilməsi, onlara düzəliş və dəyişiklik edilməsi haqqında ərizələrdə daxil olduğu tarix, müraciət edən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri, akt qeydinə olunan dəyişiklik və ya akt qeydinin bərpası, ləğv edilməsi göstərilməklə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi haqqında ərizələrin qeydiyyat kitabında qeydə alınırlar (9 №-li əlavə);
3.4.10. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər aparılması haqqında daxil olan və göndərilən bildirişlər onlar üçün ayrılmış bildirişlərin qeydiyyat kitabında qeydə alınırlar (10 -11 №-li əlavələr);
3.4.11. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dəyişikliklər edilməsi haqqında bildirişlər, arayışlar və digər məlumatlar beş gün ərzində icra edilməlidir;
3.4.12. vətəndaşların ərizəsi əsasında onlara arzusu nəzərə alınmaqla vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında olan vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir;
3.4.13. vətəndaşlıq vəziyyəti aktları başqa qeydiyyat şöbəsində, nikah evində və ya konsulluq idarəsində qeydə alındığı hallarda ərizə ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilməlidir. Həmin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 3 (üç) iş günü müddətində ərizəni aidiyyəti üzrə akt qeydinin olduğu qeydiyyat şöbəsinə, nikah evinə və ya konsulluq idarəsinə göndərməlidir;
3.4.14. təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunmalıdır;
3.4.15. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin və ya arayışların, həmçinin akt qeydlərinin olmaması barədə arayışların verilməsi barədə ərizələr xüsusi qeydiyyat kitabında qeydə alınmalıdır (12 №-li əlavə).
3.5. Verilən təkrar şəhadətnamələrin surəti ərizəyə əlavə edilərək işdə saxlanılmalıdır.
3.6. Yer adları təkrar şəhadətnamələrin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır.
3.7. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ayrı-ayrı qrafalarında heç bir məlumat göstərilməmişdirsə, şəhadətnamələrin həmin qrafasında xətt çəkilir.
3.8. Vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
3.9. Xarici ölkələrə təkrar şəhadətnamələrin və arayışların göndərilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə həyata keçirilir.
3.10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə xarici ölkələrdən daxil olmuş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi barədə sorğular Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edilir.
3.11. Vətəndaşlıq vəziyyəti aktlarının arxivində məktublar daxilolma kitabında qeydə alındıqdan sonra aidiyyəti üzrə qeydiyyat şöbələrinə və ya nikah evlərinə göndərilir. Qeydiyyat şöbələrindən və ya nikah evlərindən Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə daxil olan sənədlər digər dövlətlərə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi vasitəsilə göndərilir.
3.12. Şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir.
3.13. Təkrar şəhadətnamələrin və arayışların verilməsi barədə vətəndaşların ərizələri qeydiyyat şöbəsində 1 il müddətində saxlanıldıqdan sonra məhv edilir.
3.14. Vətəndaşlıq vəziyyəti akt qeydləri iki nüsxədə tərtib edilir. Hər iki nüsxə eyni vaxtda doldurulur və eyni sıra nömrəsi ilə nömrələnir.
3.15. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında akt qeydləri hər təqvim ilinin əvvəlində birinci nömrədən başlayaraq nömrələnir və il ərzində davam etdirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin hər bir növünə ayrıca nömrə yazılır.
3.16. Vətəndaşlıq vəziyyəti akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi çərçivəsində xüsusi proqram təminatı vasitəsi ilə kompüterdə tərtib edilir.
“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulanadək konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində vətəndaşlıq vəziyyəti akt qeydləri mətbəə üsulu ilə kağız üzərində çap edilmiş blanklarda iki nüsxədə yazılır.
3.17. Təqdim edilmiş sənədlərə uyğun olaraq akt qeydlərində adlar, soyadlar və ata adları tam yazılır.
3.18. Şəhadətnamələrdə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır.
3.19. Kitablar, reyestrlər qaytanla tikilməli, möhürlənməli, imzalanmalı, onların vərəqləri nömrələnməlidir. Qeydiyyat əməliyyatlarının kitablarda qeydə alınıb nömrələnməsi hər təqvim ilinin əvvəlindən birinci nömrədən başlanır. Kitablarda karandaşla qeyd yazılmasına və sözlərin pozulmasına yol verilmir. Doldurulmamış yerlərdən xətt çəkilməli, edilmiş düzəlişlər həmin orqanın rəisinin imzası ilə təsdiq edilməlidir.
3.20. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında verilən hər bir şəhadətnamənin seriyası, nömrəsi və verilmə tarixi reyestrlərdə qeyd edilir və şəhadətnaməni alan şəxs reyestrin müvafiq bölməsində bu barədə imza edir.
3.21. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr yanmayan rəflərdə və ya dəmir yeşiklərdə saxlanılmalı, işdənkənar vaxtlarda möhürlənməlidir.
3.22. Şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir.
3.23. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir.
3.24. Qeydiyyat şöbəsi, nikah evi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının itirilməsi və ya oğurlanması hallarında tədbirlərin görülməsi üçün həmin gün daxil işlər orqanları vasitəsilə itirilmiş və ya oğurlanmış blankların axtarılması üçün tədbirlər görür, hadisə və görülmüş tədbirlər barədə qeydiyyat şöbəsi, nikah evi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, konsulluq idarəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, icra hakimiyyətinin nümayəndəliyi müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir.
3.25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi oğurlanmış və ya itirilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin seriyası və nömrəsi barədə notariat ofislərinə, nikah evlərinə və qeydiyyat şöbələrinə məlumat göndərir, həmin şəhadətnamə əsasında notariat hərəkətinin və ya qeydiyyatın aparılmamasına, habelə həmin sənədləri təqdim edən şəxs barədə daxil işlər orqanlarının məlumatlandırılmasına dair tapşırıq verir. Həmçinin şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatlar Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür.
3.26. Sənədlər elektron formada da qəbul edilir.
3.27. Sənədlər elektron formada qəbul edildikdə onların qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci hissəsinə uyğun olaraq aparılır.
4.1. Sənədləri hazırlayarkən icraçılar aşağıdakı əsas tələbləri rəhbər tutmalıdır:
4.1.1. sənədlər kompüterdə yazılmalı, göndərilən sənədin tarixi, nömrəsi, kimə verildiyi, sənədin qısa məzmunu və icra haqqında qeyd göstərilməklə göndərilən sənədlərin qeydə alınması kitabında qeydiyyata alınır (2 №-li əlavə). Sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır;
4.1.2. sənədin məzmunu qısa, əsaslandırılmış, birmənalı olmalıdır;
4.1.3. sənədin son vərəqinin üz və ya arxa tərəfində aşağı sol küncündə icraçının soyadı və xidməti telefonunun nömrəsi yazılmalıdır;
4.1.4. göndərilən sənədin surəti icraçının vizası ilə nomenklaturaya uyğun olaraq işə tikilir;
4.1.5. cavab məktublarında sorğu məktubunun nömrəsinə və tarixinə istinad edilməlidir;
4.1.6. sənədlər qeydiyyat şöbəsinin, nikah evinin, konsulluq idarəsinin və icra hakimiyyətinin nümayəndəliyinin rəhbəri tərəfindən imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır;
4.1.7. əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir (məsələn:
Şöbə rəisi (imza) (adı və soyadı);
4.1.8. əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir (məsələn:
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (imza) (adı və soyadı)
Yasamal rayon qeydiyyat şöbəsinin rəisi (tarix);
4.1.9. sənəddə tarix bir-birindən nöqtə ilə ayrılan ərəb rəqəmləri ilə yazılır (məsələn: 15.04.02., 15.04.2002-ci il) ya da gün və il ərəb rəqəmləri ilə, ay isə sözlə yazılır (məsələn: 12 may 2003-cü il);
4.1.10. sənəd blankda tərtib olunmadıqda, tarix imzadan aşağıda sənədin sol tərəfində qoyulur;
4.1.11. sənəd vəzifəli şəxsə göndərilərkən idarənin adı, ünvanı adlıq halında göstərilir;
4.1.12. sənəd konkret şəxsə göndərilirsə, onun vəzifəsi, adı və soyadı yönlük halda göstərilir;
4.1.13. poçt ünvanı sənədin göndərildiyi idarənin adından sonra tam göstərilir. Sənəd vətəndaşlara göndərildikdə əvvəlcə poçt ünvanı, sonra isə ünvan sahibinin adı və soyadı qeyd edilir;
4.1.14. əgər sənədin mətnində əlavələr varsa, onlar məktuba əlavə edilməklə vərəqlərin və nüsxələrin sayı göstərilməlidir;
4.1.15. təsdiq olunmalı sənədlərdə təsdiq qrifi sənədin birinci vərəqinin sağ yuxarı küncündə qoyulur. Sənəd vəzifəli şəxs tərəfindən təsdiqlənəndə qrif “TƏSDİQ EDİRƏM” sözlərindən, vəzifənin adından, imzadan, sənədi təsdiq edən şəxsin adı və soyadından və təsdiq edilmə tarixindən ibarət olur;
4.1.16. göndərilən sənədə korrespondensiyanın indeksindən və kargüzarlıq xidməti sənədinin sıra nömrəsindən ibarət qeydiyyat nömrəsi qoyulur;
4.2. Sənədin surəti çıxarıldıqda onun əslinin tam mətni əks olunur, sənədin surətinin birinci vərəqində (sağ yuxarı küncündə) “surət”, mətnin bir hissəsi əks olunduqda isə “çıxarış” qeydi yazılır.
4.3. Təsdiq yazısı “düzdür” sözündən, vəzifənin adından, surəti təsdiqləmiş şəxsin imzasından və surətin təsdiq etmə tarixindən ibarətdir.
4.4. Surətlər möhürlə təsdiq edilməlidir.
4.5. Xarici korrespondentlərə (səfirlik və xarici ölkələrin nümayəndəliklərinə) məktublar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin blanklarında tərtib edilir.
4.6. Blankda birinci vərəqin sağ yuxarı küncündə xarici korrespondentin ünvanı, göndərilən şəxsin soyadı (adı və soyadı), təşkilatın (firmanın) adı, vəzifəsi, ölkənin, şəhərin, küçənin adı, evin (ofisin) nömrəsi göstərilir.
5.1. Vətəndaşların müraciətlərinə ən geci 15 (on beş) iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 (otuz) iş günü müddətində baxılır.
5.2. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 (otuz) iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.
5.3. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.
5.4. Kargüzarlıq xidmətini aparan şəxs tərəfindən başa çatdırılmış müraciətlər nomenklaturaya müvafiq olaraq işə tikilir.
5.5. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
5.6. Müraciətlərə baxılma qaydasına dair Təlimatda nəzərdə tutulmayan məsələlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənilir.
6.1. Sənədlərin vaxtında və keyfiyyətli icrasını təmin etmək məqsədi ilə onların icrasına nəzarət təşkil edilir. Sənədlərin icrasına nəzarət üzrə hərəkətlərə icranın gedişatının birbaşa yoxlanılması, sənədlərin təyin olunmuş müddətdə icrası, qeydiyyatı və təhlili daxildir.
6.2. Sənədlərin icrasına nəzarətin təşkili vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanın rəhbəri tərəfindən həyata keçirilir.
6.3. Bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər, dövlət orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmrləri, kollegiya qərarları, təlimat və məktubları, Notariat, qeydiyyat və reyestr baş idarəsi rəisinin əmrləri və məktubların icrasına nəzarət olunmalıdır.
6.4. Sənədlərin icrasına nəzarət sənəd nəzarətə götürüldüyü andan həyata keçirilir.
7.1. Elektron sənəd dövriyyəsi sistemi tətbiq edilən təşkilatlar istisna olmaqla, nəzarət vərəqələrində, habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin yuxarı sağ kənarında) nəzarət işarəsi (“N”) qoyulur və ya “Nəzarətdədir” ştampı vurulur, bundan sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət kartotekasına qoyulur.
7.2. İcra olunduqdan sonra sənədlər nəzarətdən çıxarılır. Sənədi nəzarətdən yalnız onu nəzarətə götürən vəzifəli şəxs çıxarır. Bu zaman sənədin üzərində və ya vərəqədə onun nəzarətdən çıxarılması barədə qeyd edilir.
7.3. Sənəddə qoyulan məsələlər həll edildikdə və korrespondentə mahiyyəti üzrə cavab verildikdə sənəd icra edilmiş hesab olunur və işə tikilir.
8.1. Nəzarətdə olan sənədlərin icrasının nəticələri haqqında məlumatlar dövri olaraq ümumiləşdirilir. Hər ayın ilk günü bütün icra edilməmiş sənədlərin siyahısı tərtib edilir və buna əsasən sənədlərin icrası vəziyyəti təhlil olunur.
8.2. Sənədlərin icrasına nəzarət və nəticələri haqqında məlumatların təhlili əsasında sənədlərin icrasının sürətləndirilməsi, icra intizamının yüksəldilməsi, nəzarətin və ümumilikdə idarəetmənin təşkilinin təkmilləşdirilməsi üzrə təkliflər işlənib hazırlanır.
9.1. İşlərin nomenklaturası - qeydiyyat şöbəsi, nikah evi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində saxlanma müddəti göstərilməklə aparılan, müəyyən olunmuş qaydada tərtib edilən işlərin başlıqlarının sistemləşdirilmiş siyahısıdır (15 №-li əlavə). İşlərin nomenklaturası icra edilmiş işlərin qruplaşdırılması və qeydiyyatı, onların saxlanma müddətinin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur.
9.2. İşlərin nomenklaturası qeydiyyat şöbəsi, nikah evi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən tərtib olunur və bu Təlimata uyğun surətdə rəsmiləşdirilir.
9.3. İşlərin nomenklaturasına bütün sənədləri əks etdirən işlərin başlıqları, qeydiyyat şöbəsinin, nikah evinin, konsulluq idarəsinin, icra hakimiyyəti nümayəndəliyinin iş sahələri, o cümlədən, məlumat və nəzarət vərəqələri daxil edilir. İşin başlığı dəqiq olmaqla, işin sənədlərinin əsas məzmunu və tərkibini əks etdirməlidir. İşin başlığında ara sözlərin istifadəsinə yol verilməməlidir (“müxtəlif materiallar”, “ümumi məktublaşma” və s.).
10.1. İşlər qruplaşdırıldıqda aşağıdakı qaydalara riayət olunmalıdır:
10.1.1. işə yalnız nomenklatura üzrə işlərin başlıqlarına müvafiq hazırlanmış sənədləri daxil etmək;
10.1.2. eyni məsələnin həllinə aid sənədləri bir yerdə cəmləşdirmək;
10.1.3. bir təqvim ilinin işlərinin sənədlərini, növbəti ilə keçən işlər istisna olmaqla, bir işdə qruplaşdırmaq.
10.2. Qaytarılmalı olan sənədlər, artıq nüsxələr və qaralamalar işə əlavə edilmir. Bir qovluqdakı vərəqlərin sayı 200-250-dən çox olmamalıdır.
10.3. İşin tərkibində sənədlər xronoloji ardıcıllıqla yığılır. Təsdiq olunmuş planlar, hesabatlar digər sənədlərdən ayrı qruplaşdırılır.
10.4. Sənədin cavabı sorğu olunan sənəddən sonra yerləşdirilir, müəyyən məsələ üzrə ötən il başlanmış məktublaşma təkrar olunduqda, sənədlər ötən ilin işinin indeksi göstərilməklə cari ilin işinə salınır.
10.5. İl başa çatdıqda kargüzarlığın aparılmasına cavabdeh vəzifəli şəxs işləri arxivdə saxlanmaq üçün hazırlayır, işlərdə sənədlərin sistemləşdirilməsi dəqiqləşdirir. Daimi və uzun müddət saxlanılmalı olan işlərə möhkəm cild çəkilir, hər bir vərəqin yuxarı sağ küncündə sıra nömrəsi yazılır. İşlərin cildləri nomenklaturaya müvafiq surətdə tərtib edilir.
10.6. İlin sonunda daimi saxlama müddəti olan işlərin üz qabığındakı yazılara düzəlişlər edilir. İşin başlıqlarının tikilmiş sənədlərin məzmununun uyğunluğu yoxlanılır, zəruri hallarda işin başlığına əlavə məlumatlar daxil edilir.
11.1. Sənədlər gələcəkdə arxivdə saxlanılmaq üçün hazırlanarkən sənədlərin elmi dəyərinin ekspertizası keçirilir və onların gələcəkdə saxlanılmaq və ya məhv edilmək üçün seçilməsi məsələsi həll olunur.
11.2. Sənədlərin dəyərinin ekspertizası və arxiv materiallarının saxlanılmaq və məhv edilmək üçün seçilməsi daimi fəaliyyət göstərən ekspert komissiyası tərəfindən həyata keçirilir.
11.3. Ekspert komissiyası öz işini onun haqqında təsdiq olunmuş əsasnaməyə müvafiq surətdə təşkil edir. Ekspert komissiyası sənədləri arxivdə daimi saxlanılmaq və məhv edilmək üçün seçib götürərkən sənədlərlə işin təşkilinə dair qüvvədə olan normativ hüquqi aktların siyahıları və iş nomenklaturalarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq göstərişlərini rəhbər tutur.
11.4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 (yetmiş beş) il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərində və ya Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.
11.5. Sənədlər arxivə təhvil verilmək üçün hazırlanarkən onlar yenidən ekspertizadan keçirilməli, daimi saxlanılan sənədlərin və işlərin siyahıları, ləğv edilmək üçün ayrılan sənədlərin və işlərin aktları tərtib edilməlidir.
12.1. İşlər hazırlandığı andan arxivə verilənə qədər kargüzarlığa cavabdeh olan şəxslər onların saxlanılmasına görə məsuliyyət daşıyırlar.
12.2. İşlər iş otaqlarında və ya xüsusi ayrılmış yerlərdə onların tam qorunmasını təmin edən, tozdan və günəş şüasından qoruyan açarla bağlanan rəflərdə yerləşdirilir.
12.3. İşlərin üz qabığında işlərin nomenklaturası üzrə indeksləri göstərilir.
12.4. İş qurtardıqda sənədləri açarla bağlanmayan stollar və şkaflarda saxlamaq, sənədləri vətəndaşların qəbulu aparılan otaqlarda stolların üstündə saxlamaq yolverilməzdir.
12.5. İşçilər xidməti xarakterli məlumatların yayılmasına və xidməti sənədlərin itməsinə yol verməməlidirlər.
12.6. Kənar şəxslərə arxiv sənədlərinin saxlanıldığı otaqlara daxil olmaq və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kitabları ilə tanış olmaq qadağan edilir.
12.7. Sənədlərin saxlanma müddəti onların icrası başa çatdıqdan sonrakı ilin yanvar ayının 1-dən hesablanır. (Məsələn, 2015-ci ildə icrası başa çatmış sənədin saxlanma müddəti 2016-cı il yanvar ayının 1-dən hesablanır.)
12.8. Sənədlərin məhv edilməsi üçün ayrılması ekspert komissiyası tərəfindən iki nüsxədən ibarət tərtib olunmuş akt əsasında həyata keçirilir. Akt qeydiyyat qurumunun rəhbəri, akta daxil edilmiş sənədlərin siyahısı Dövlət arxivi tərəfindən təsdiq edilir.
12.9. Təsdiq olunduqdan sonra akta daxil edilmiş sənədlər məhv edilir. Bu sənədlərdən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a
Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktlar
Ədliyyə Nazirliyinin təşkilati əmrləri, sərəncamları, kollegiya qərarları
Notariat, qeydiyyat və reyestr baş idarəsinin kadr əmrləri
Notariat, qeydiyyat və reyestr baş idarəsinin məzuniyyət əmrləri
Notariat, qeydiyyat və reyestr baş idarəsinin sərəncamları
Qeydiyyat şöbələrinin iş planları və görülmüş işlərə dair sənədlər (statistik hesabat, məlumat və sair)
Təhvil-qəbul aktları, onlara əlavələr (inventarlaşdırma sənədləri istisna olmaqla)
Qeydiyyat şöbələrinin fəaliyyətinin yoxlanılmasına dair sənədlər (aktlar, arayışlar)
Ədliyyə Nazirliyi və digər mərkəzi icra hakimiyyəti orqanları ilə yazışmalar
Yerli icra hakimiyyəti orqanları ilə yazışmalar
Qeydiyyat şöbələri ilə yazışmalar
Notariat orqanları ilə yazışmalar
Prokurorluq və məhkəmə orqanları ilə yazışmalar
Daxili işlər orqanları (polis) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yazışmalar
Vətəndaşların, digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətləri, onlara dair yazışmalar
Hüquqi şəxslərlə yazışmalar (bank, sığorta, vəkil, mətbuat və sair)
MDB-nin üzvü olan ölkələrin ədliyyə nazirlikləri ilə yazışmalar
Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti orqanları ilə yazışmalar
İcra və probasiya şöbələri ilə yazışmalar
İnzibati xətalar üzrə işlərə dair sənədlər
Material, avadanlıq, inventar göndərilməsi haqqında sənədlər (sifarişlər, naryadlar)
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının alınması ilə bağlı məktublar və qaimələr
Qanunvericiliyin təbliği sahəsində aparılan maarifləndirmə işi ilə bağlı sənədlər
Doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər
Süni mayalanmanın və ya embrionun implantasiyasının tətbiqinə razılıq vermiş ər-arvadın uşağın valideynləri kimi qeydə alınmasına uşağı doğan qadının (surroqat ananın) razılığı və ya bu razılığın alınması faktını təsdiq edən tibb müəssisəsindən verilmiş sənədlər
Doğum haqqında akt qeydinə uşağın atası barədə məlumatların daxil edilməsi barədə nikahda olmayan ananın ərizəsi
Atılmış və ya tapılmış uşağın doğumunun qeydə alınmasına dair ərizə və ona əlavə edilmiş sənədlər (aktlar, protokollar, arayışlar, qəyyumluq orqanının razılığı və sair)
Doğum faktının müəyyən edilməsi barədə məhkəmə qərarları
Uşağın ölü doğulması və ya doğumdan dərhal sonra ölməsi barədə tibb müəssisəsinin məlumatı, doğum və perinatal ölüm haqqında sənədlər
Uşağın doğulmasına görə birdəfəlik müavinətin alınması üçün verilən arayışların surəti və onların qeydiyyat kitabı
Nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər
Nikaha daxil olmaq haqqında ərizə vermiş, lakin dövlət qeydiyyatı üçün gəlməmiş şəxslərin ərizələri, dövlət rüsumunun ödənilməsinə dair sənədlər
Nikah yaşının azaldılmasına yerli icra hakimiyyəti orqanlarının icazəsi
Ölmüş elan olunmuş və ya itkin düşmüş hesab edilmiş ər (arvad) gəlib çıxdıqda nikahın bərpa olunması haqqında ərizələr, məhkəmənin əvvəllər çıxarılmış qərarlarının ləğv olunması barədə qərarlar
Nikahın bağlanması haqqında ərizələrin qeydiyyat kitabı
Övladlığa götürmənin qeydə alınması haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlər (məhkəmə qətnamələri, etibarnamələr və sair)
Övladlığa götürmənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəmə qərarları
Övladlığa götürmə ilə bağlı doğum haqqında akt qeydlərində dəyişiklik edilməsinə dair göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər
Övladlığa götürmənin qeydə alınması haqqında ərizələrin qeydiyyat kitabı
Ər-arvadın razılığı əsasında nikahın pozulması haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər
Nikahın pozulması haqqında ərizə vermiş, lakin dövlət qeydiyyatı üçün gəlməmiş şəxslərin ərizələri, dövlət rüsumunun ödənilməsinə dair sənədlər
Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə ərin (arvadın) nikahın pozulması haqqında ərizəsi, məhkəmə qərarları və dövlət rüsumunun ödənilməsinə dair sənədlər
Nikahın məhkəmə qətnaməsi əsasında pozulmasının qeydə alınması haqqında ərizələr, məhkəmə qətnamələri (qətnamədən çıxarışlar), dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlər
Nikahın pozulması haqqında fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə göndərilən məlumatların surəti
Nikahın etibarsız sayılmasına dair məhkəmə qətnamələri (qətnamədən çıxarışlar)
Nikahın pozulması haqqında göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər
Nikahın pozulması haqqında ərizələrin qeydiyyat kitabı
Nikahın məhkəmə qətnaməsi əsasında pozulması haqqında ərizələrin qeydiyyat kitabı
Atalığın müəyyən edilməsi haqqında valideynlərin birgə ərizəsi və ona əlavə edilən sənədlər (akt qeydlərinin surəti, sorğular, ananın hamiləliyi barədə arayış və sair)
Məhkəmə qətnaməsi əsasında atalığın müəyyən edilməsinin qeydə alınmasına dair ərizələr, məhkəmə qətnamələri (qətnamədən çıxarışlar) və ərizələrə əlavə edilən digər sənədlər
Atalığın müəyyən edilməsi haqqında atanın ərizəsi və ona əlavə edilən digər sənədlər (uşağın doğumu haqqında şəhadətnamənin əsli, ananın ölümü haqqında şəhadətnamənin surəti, onun fəaliyyət qabiliyyəti olmayan və ya xəbərsiz itkin düşmüş hesab edilməsi yaxud valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış, qəyyumluq və himayə orqanının razılığı və sair)
Atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı barədə daxili işlər orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına, Dövlət Miqrasiya Xidmətinə göndərilən məlumatların surəti
Atalığın müəyyən edilməsi ilə bağlı doğum haqqında akt qeydlərində dəyişiklik edilməsinə dair göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər
Atalığın müəyyən edilməsi haqqında ərizələrin qeydiyyat kitabı
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizələr və ona əlavə edilmiş sənədlər (akt qeydlərinin surətləri, məhkəmə qətnaməsindən çıxarışlar, göndərilən sorğuların surəti, daxili işlər orqanlarının rəyləri, dövlət rüsumunun ödənilməsinə dair sənədlər və sair)
Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı daxili işlər orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin yerli qurumlarına göndərilən məlumatlar
Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müvafiq akt qeydlərində dəyişiklik edilməsinə dair göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizələrin qeydiyyat kitabı
Ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəyləri
Ölüm faktının müəyyən edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarları və ya onlardan çıxarışlar
Ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına təhvil verilməsi barədə siyahılar
Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi (tamamlama), itmiş qeydlərin bərpası və ləğvi barədə toplanmış sənədlər (qeydiyyat orqanlarının rəyi, ərizələr, təhvil alınmış şəhadətnamələr, sorğular, şəxsin cinsinin dəyişdirilməsi haqqında tibbi sənədlər, akt qeydlərinin, məhkəmə qətnamələrinin, qəyyumluq və himayə orqanlarının icazəsinin surəti, dövlət rüsumunun ödənilməsinə dair sənədlər)
Valideynlik hüquqlarından məhrumetmə, onların bərpası və bu hüquqların məhdudlaşdırılması haqqında məhkəmə qərarları (çıxarışlar)
Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi faktının müəyyən edilməsi, onların bərpa və ləğv edilməsinə dair məhkəmə qətnamələri
Yetkinlik yaşına çatmayanların adının və soyadının dəyişdirilməsinə qəyyumluq və himayə orqanlarının icazəsi
Akt qeydlərində dəyişiklik edilməsindən imtina olunmasına dair qərarlar
Akt qeydlərində dəyişiklik edilməsi (tamamlama), onların bərpası və ləğvi barədə göndərilən və digər qeydiyyat orqanlarından daxil olan bildirişlər
Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş, dəyişiklik, tamamlama, bərpa və ləğvi haqqında ərizələrin qeydiyyat kitabı
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnamələrin və arayışların verilməsinə dair ərizələr və dövlət rüsumunun ödənilməsinə dair sənədlər
Təkrar şəhadətnamələrin və arayışların, o cümlədən akt qeydlərinin olmaması arayışlarının verilməsi barədə ərizələrin qeydiyyat kitabı
Tərtib edilərkən korlanmış, dəyişdirilmək üçün təhvil verilmiş, tapılmış, digər qeydiyyat orqanları tərəfindən göndərilmiş, lakin vətəndaşlar tərəfindən alınmamış şəhadətnamələr
Tərtib edilərkən korlanmış, dəyişdirilmək üçün təhvil verilmiş, tapılmış, digər qeydiyyat orqanları tərəfindən göndərilmiş, lakin vətəndaşlar tərəfindən alınmamış şəhadətnamələrin məhv edilməsi barədə aktlar
Vətəndaşlıq vəziyyəti akt qeydi kitablarının Dövlət arxivinin rayon (şəhər) filialına təhvil verilməsinə dair aktlar
Korrespondensiyanın göndərilməsi üçün tərtib edilən reyestrlər
Daxil olan sənədlərin qeydə alınması kitabı
Göndərilən sənədlərin qeydə alınması kitabı
Daxil olan bildirişlərin qeydiyyat kitabı
Göndərilən bildirişlərin qeydiyyat kitabı
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının istifadə olunması haqqında mədaxil qeydiyyat kitabı
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri blanklarının istifadə olunması haqqında məxaric qeydiyyat kitabı
1. 24 aprel 2018-ci il tarixli 11-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804240011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 aprel 2018-ci il)
2. 13 fevral 2019-cu il tarixli 5-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201902130005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2019-cu il)
3. 13 aprel 2023-cü il tarixli 1-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304130001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 aprel 2023-cü il)
4. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)