“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci, 1.2.3-cü və 1.2.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Viza blankının doldurulması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Viza almaq üçün ərizə-anket”in nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 19 mart 2014-cü il
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və viza blankının fərdi olaraq doldurulması qaydasını müəyyən edir.
1.2. Viza verilməsi haqqında vəsatətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilmiş müvafiq sənədlər təqdim edildiyi (Məcəllənin 36.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla) təqdirdə, həmin Məcəllənin 37-ci maddəsinə uyğun olaraq baxılır və viza verilməsi məqsədəuyğun hesab edildikdə viza blankı doldurulur.
2.1. Viza blankı fərdi qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra — İAMAS) “Viza” altsistemi vasitəsilə doldurulur.
2.2. “Viza” altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra — əcnəbilər) viza verilməsi üçün İAMAS-la aşağıdakı işlər həyata keçirilir:
2.2.1. viza alan əcnəbinin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş məlumatları elektron formada optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-ın “Əcnəbilər” informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir;
2.2.2. təqdim olunan məlumatların düzgünlüyü və tamlığı, əldə olan sənədlərə uyğunluğu yoxlanılır, İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır və sistemdaxili razılaşdırma həyata keçirilir;
2.2.3. yoxlamanın və razılaşdırmanın nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy müsbət olduqda, viza blankının çap edilməsinə icazə yaranır və fərdiləşdirilməsi təmin edilir;
2.2.4. viza blankı və onun çap keyfiyyəti xüsusi proqram-texniki vasitə ilə yoxlanılır;
2.2.5. fərdi olaraq doldurulmuş, eləcə də qüsurlu, zədələnmiş və ya korlanmış blankların qeydiyyatı “Blankların uçotu” informasiya resursunda avtomatik aparılır.
2.3. Viza blankının əllə doldurulması yolverilməzdir.
Qeyd. Blankı doldurarkən, çap hərflərindən istifadə edin.
Note. Use block letters to fill in the application form.
1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)
2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)
3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) /
Has your name or surname been changed? (if changed, when and your previous name or surname)
4. Doğum tarixi (gün, ay, il) /
Date of birth (day, month, year)
5. Doğum yeri (şəhər, ölkə) / Place of birth (city, country)
6. Vətəndaşlıq / Citizenship
7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) /
Has your citizenship been changed? (if yes, when and your previous citizenship)
9. Sərhədkeçmə sənədinin növü /
Type of travel document
□ ümumvətəndaş pasportu / ordinary passport
□ xidməti pasport / service (official, special) passport
□ diplomatik pasport / diplomatic passport
□ digər sərhədkeçmə sənədi / other travel document_
10. Sərhədkeçmə sənədinin seriyası və nömrəsi / Number of travel document
11. Sərhədkeçmə sənədinin verildiyi yer (şəhər, ölkə) / Place of issue (city, country) of travel document
12. Sərhədkeçmə sənədinin verildiyi tarix (gün, ay, il) /Date of issue (day, month, year) of travel document
13. Sərhədkeçmə sənədinin etibarlılığı (gün, ay, il) /Validity of travel document (day, month, year)
14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years
15. Ailə vəziyyəti / Marital status
□ boşanmış / divorced
16. Hal-hazırkı yaşayış ünvanı/ Current address
17. Telefon nömrəsi və elektron poçt ünvanı / Phone number and email address
18. Hazırkı iş yeri və ixtisas / Current occupation and specialty
19. Azərbaycan Respublikasına nə vaxt gəlməyi planlaşdırırsınız? / When are you going to visit the Republic of Azerbaijan?
20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobilidirsə, dövlət qeydiyyat nişanı) / Type of transport (if it is a car, license number)
21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) / Duration of your stay in the Republic of Azerbaijan (days)
22. Səfər edəcəyiniz son şəhər və ölkə / Final destination (city, country)
23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmisinizmi? /
Have you ever visited the Republic of Azerbaijan?
Səfər etdiyiniz təqdirdə, sonuncu səfərin tarixi/ If yes, date of the last visit
24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almısınızmı? /
Have you ever been issued a visa to the Republic of Azerbaijan?
Almısınızsa, sonuncu vizanın:/If yes, the last visa’s:
issue date _____________
verildiyi yer (şəhər, ölkə)/
place of issue (city, country) _____________
25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? / Have you ever been refused a visa to the Republic of Azerbaijan?
Olunubsa, etirazın tarixi /
If yes, date of refuse ____
27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences?
Əgər cəlb olunmusunuzsa, nə vaxt / If yes, when?
29. Səfərinizin məqsədi / Purpose of your visit
□ mədəniyyət / cultural
□ şəxsi səfər / private visit
□ humanitar / humanitarian
30. Vizanın növü / Type of visa
31. Girişin sayı / Number of entries
□ birdəfəlik giriş vizası / single entry visa
□ çoxdəfəlik giriş vizası / multiple entry visa
□ birdəfəlik tranzit vizası / single entry transit visa
□ ikidəfəlik tranzit vizası / double entry transit visa
32. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi /
Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan
33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi / Address and phone number of your stay in the Republic of Azerbaijan
34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? /
By whom will be covered cost of your visit?
35. Azərbaycan Respublikasında işləmək niyyətiniz vardırmı?/ Do you intend to be employed in the Republic of Azerbaijan?
36. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz vardırmı? /
Do you intend to study in the Republic of Azerbaijan?
37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat / Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan
doğulduğu tarix /date of birth
doğulduğu yer /place of birth
qohumluq əlaqəsi / relationship
38. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. / I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them.
I understand that any false or misinformation may result in the refusal of visa.
Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır./ The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application.
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məlumat və qeydiyyat üçün: www.migration.gov.az. / The foreigners and stateless persons temporary staying in the Republic of Azerbaijan for more than 15 days must get registered upon place of stay. For information and registration: www.migration.gov.az.
Ərizəçinin və ya onun nümayəndəsinin imzası /
Signature of applicant or his/her representative
XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY
Ərizənin qəbul edilməsi tarixi:
Vizanın kateqoriyası:
Etibarlıdır (gün, ay, il)
Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:
□ pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
□ biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotoşəkil (3 X 4);
□ tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
□ əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
□ Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
□ dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);
□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası;
□ əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
□ müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
□ dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və s.) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
□ turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
□ təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə);
□ 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərinin və ya qanuni nümayəndəsinin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
□ viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.
1. Aşağıdakı məlumatları nəzərə alaraq, Azərbaycan Respublikasına dəvət olunan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə □ birdəfəlik □ çoxdəfəlik giriş vizasının rəsmiləşdirilməsini xahiş edirəm
2. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin
2.7. sərhədkeçmə sənədinin seriyası və nömrəsi
2.8. sərhədkeçmə sənədinin verilməsi tarixi
2.9. sərhədkeçmə sənədinin etibarlılıq müddəti
2.10. Azərbaycan Respublikasında qalacağı ünvan və telefon nömrəsi
2.11. səfərin məqsədi
2.12. səfərin maliyyələşdirilməsi
3. Hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) və ya dövlət orqanının
3.2. ünvanı, telefon nömrəsi və elektron poçt ünvanı
3.3. rəhbərinin soyadı, adı və atasının adı
3.4. qeydiyyat nömrəsi və tarixi (yalnız hüquqi şəxslər və ya xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi üçün)
4.1. soyadı, adı və atasının adı
4.2. ünvanı və telefon nömrəsi
4.3. şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi
5. Hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) və ya dövlət orqanının möhürü və səlahiyyətli şəxsinin imzası, fiziki şəxs olduqda onun imzası
7. Mən xəbərdar edilmişəm ki, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Azərbaycan Respublikasına dəvət edən tərəf kimi həmin şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdikdən sonra vaxtında ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə məsuliyyət daşıyacağam
8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən doldurulan hissə
8.1. vəsatətin verildiyi tarix
8.2. vəsatətin qeydiyyat nömrəsi
8.3. vəsatətdə qeyd olunmuş məlumatları yoxlayan məsul işçinin adı, soyadı və atasının adı
1. 3 may 2016-cı il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 6-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 944)
2. 2 may 2018-ci il tarixli 198 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1109)
3. 2 oktyabr 2018-ci il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 oktyabr 2018-ci il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2141)
4. 28 yanvar 2019-cu il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 yanvar 2019-cu il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 170)
5. 15 may 2019-cu il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 may 2019-cu il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 954)
6. 28 dekabr 2019-cu il tarixli 512 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2093)
7. 21 oktyabr 2023-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 25 oktyabr 2023-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1456)
8. 29 dekabr 2024-cü il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Xalq” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1458)