Xalq təhsili sahəsində çalışan işçilərin vəzifə maaşlarının və tarif dərəcələrinin, tələbələrin və aspirantların təqaüdlərinin artırılması haqqında
Xalq təhsili işçilərinin maddi rifahını yüksəltmək məqsədi ilə qərara alıram:
1. Büdcədən maliyyələşdirilən ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin, ali, orta ixtisas təhsili müəssisələrinin və texniki peşə məktəblərinin işçilərinin vəzifə maaşları və tarif dərəcələri 1992-ci il mayın 1-dən üç dəfə artırılsın.
2. Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, aspirantların və texniki peşə məktəbləri şagirdlərinin büdcədən maliyyələşdirilən təqaüdləri 1992-ci il mayın 1-dən iki dəfə artırılsın.
Bu Fərman imzalandığı andan qüvvəyə minsin.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 24 aprel 1992-ci il,