4.1. Azərbaycan Respublikası onun vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
4.2. Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.
4.3. Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüqüq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür.
4.4. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsinə uyğun olaraq, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.