Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14 mart 2003-cü il tarixli 026 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24 mart 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-2967) “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında Təlimatın qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 yanvar 2001-ci il tarixli 001 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 09 yanvar 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №--2538) “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 05 fevral 2005-ci il tarixli 14/05-22/0626 nömrəli müraciəti, Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin xidməti məktubu.
Azərbaycan Respublikasının
I dərəcəli Dövlət Ədliyyə