Qanunvericilik › “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2025) › Tam mətn

“Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2025)

“Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 269 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir və 2 (iki) il müddətində qüvvədədir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 iyul 2025-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 212-1-ci maddəsinə əsasən hazırlanmışdır və xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.

1.2. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır:

1.2.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikasının ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

1.2.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikasının ərazisindəki bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

1.3. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri (bundan sonra – avtonəqliyyat vasitələri) bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.

1.4. Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüksüz keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

1.5. Bu Qaydanın 2.1.1-2.1.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüklə keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, daşıdığı yüklə eyni vaxtda bəyan edilir.

2.1. Bu Qayda aşağıdakı hallarda tətbiq edilir:

2.1.1. Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;

2.1.2. Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətə daşındıqda;

2.1.3. ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

2.1.4. ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə;

2.1.5. avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra həmin dəmir yolu stansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən geri daşıdıqda.

3.1. Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər (bundan sonra – bəyannaməçi) Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

3.2. Bəyannaməçi bu Qaydanın 3.1-ci bəndində göstərilənlərdən əlavə, müvafiq gömrük orqanına bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş formada “Yük haqqında bildiriş”i (bundan sonra – bildiriş) təqdim edir.

3.3. Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

3.4. Bildiriş kağız üzərində yazılı formada təqdim edildikdə üç nüsxədə tərtib edilir. Bildirişin bir nüsxəsi müvafiq gömrük orqanında, digər iki nüsxəsi isə bəyannaməçidə qalır. Bildiriş elektron formada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilir.

3.5. Avtonəqliyyat vasitəsi Astara və ya Şərur dəmir yolu stansiyasına daxil olduqda bəyannaməçi bildirişin bir nüsxəsini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumuna (bundan sonra – daşıyıcı) təqdim etməlidir.

3.6. Kağız üzərində yazılı formada təqdim olunan bildiriş bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Elektron formada təqdim edilən bildirişdə elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.

3.7. Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir.

3.8. Bildirişin Azərbaycan və ingilis dillərində formaları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilməlidir və bəyannaməçinin həmin səhifədən bildirişi ödənişsiz qaydada əldə etmək imkanı olmalıdır.

4.1. Ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla bildirişi və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanılmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

4.2. Avtonəqliyyat vasitəsi ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən geri daşıdıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla bildirişləri və müvafiq daşıma müqaviləsini gömrük orqanlarına təqdim etməlidir.

4.3. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, bəyannaməçi müvafiq gömrük orqanına bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən digər dövlətlərə daşındıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanılmış müqaviləni yük gömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdim etməlidir.

6.1. Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolu stansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədə aşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

6.1.1. dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsilə gətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydada müəyyən edilir;

6.1.2. dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinə aşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl vaqonlardan boşaldılır;

6.1.3. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdan əvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;

6.1.4. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilə nəql edilən digər yük geri ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən daşınmaq üçün həmin avtonəqliyyat vasitəsinə aşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl boşaldılır;

6.1.5. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.

7.1. Bu Qaydanın 6-cı hissəsində göstərilən zəruri əməliyyatların aparılması bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada daşıyıcı tərəfindən bəyannaməçiyə təqdim edilən müvafiq təhvil-təslim aktı ilə həyata keçirilir.

7.2. Təhvil-təslim aktı ciddi hesabat blanklarında tərtib edilir və daşıyıcının səlahiyyətli şəxsi və bəyannaməçi tərəfindən imzalanır, həmçinin daşıyıcı tərəfindən möhürlənir.

7.3. Təhvil-təslim aktı 3 (üç) nüsxədə tərtib edilir, nüsxələrdən biri daşıyıcıda, digər ikisi isə bəyannaməçidə qalır.

7.4. Daşıyıcı bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq bəyannaməçi və daşıyıcı tərəfindən təsdiq edilmiş müvafiq təhvil-təslim aktını təsdiq edildikdən dərhal sonra gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edilməsi üçün müvafiq gömrük orqanına göndərməlidir.

8.1. Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiq gömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatları, eləcə də kağız bildirişi və bildirişdə göstərilən məlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edir.

8.2. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiq gömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksini tapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyət aşkar edilmədikdə avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərk etməsinə icazə verilir.

8.3. Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinə götürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeyd edilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edən hərəkətlərə yol verməməlidir.

8.4. Bəyannaməçi bildirişdə qeyd edilən öhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Mən, _________________ (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; hüquqi şəxs olduqda – adı, təşkilatı hüquqi forması, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) gömrük dəyəri _________ və netto çəkisi ____________ kq olan yükü (markası, nömrəsi, bağlamaların sayı, qablaşdırma üsulu, adı, statistik nömrəsi, brutto çəkisi (kq), həcmi (kubmetr) barədə məlumatlar göstərilməklə) ___________ markalı, __________ seriyalı, ___________ nömrəli yük avtomobilinin və ___________ markalı, __________ seriyalı, ___________ nömrəli qoşqu 1, __________ markalı, ________ seriyalı, _________ nömrəli qoşqu 2, _________ markalı, ________ seriyalı, _________ nömrəli qoşqu 3 ilə Azərbaycan Respublikasının gömrük ərazisində ______ dəmir yolu stansiyasına daşımaq və orada vaqona (vaqonlara) aşırmaq üçün gətirdiyimi bəyan edirəm.

Azərbaycan Respublikasının gömrük ərazisində “Yük haqqında bildiriş”də əks etdirilmiş daşımaya uyğun olaraq müvafiq əməliyyatları həyata keçirəcəyim və həmin daşımadan kənar və ya həmin daşıma ilə ziddiyyət təşkil edən heç bir hərəkətə yol verməyəcəyim barədə öhdəlik götürürəm. Üç nüsxədə tərtib edilmiş “Yük haqqında bildiriş”in bir nüsxəsi müvafiq gömrük orqanında saxlanılır, bir nüsxəsi daşıyıcıya verilməklə, digər iki nüsxəsi isə bu bildirişi imzalayan bəyannaməçiyə verilir.

Mən, ______________ (fiziki şəxs olduqda – adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; hüquqi şəxs olduqda – adı, təşkilati hüquqi forması, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ___________ markalı, __________ seriyalı, __________ nömrəli yük avtomobilinin və ___________ markalı, __________ seriyalı, __________ nömrəli qoşqu 1, _________ markalı, ________ seriyalı, _________ nömrəli qoşqu 2, _________ markalı, ________ seriyalı, _________ nömrəli qoşqu 3 ilə gömrük dəyəri _______ və netto çəkisi __________ kq olan, ________ nömrəli dəmir yolu qaiməsi ilə, ________ vaqonda gətirilmiş yükü (markası, nömrəsi, bağlamaların sayı, qablaşdırma üsulu, adı, statistik nömrəsi, brutto çəkisi (kq), həcmi (kubmetr) barədə məlumatlar göstərilməklə) _________ dəmir yolu stansiyasında qeyd edilmiş avtonəqliyyat vasitəsinə (vasitələrinə) aşıraraq, Azərbaycan Respublikasının gömrük ərazisindən aparacağımı bəyan edirəm.

Azərbaycan Respublikasının gömrük ərazisində “Yük haqqında bildiriş”də əks etdirilmiş daşımaya uyğun olaraq müvafiq əməliyyatları həyata keçirəcəyim və həmin daşımadan kənar və ya həmin daşıma ilə ziddiyyət təşkil edən heç bir hərəkətə yol verməyəcəyim barədə öhdəlik götürürəm.

Üç nüsxədə tərtib edilmiş “Yük haqqında bildiriş”in bir nüsxəsi müvafiq gömrük orqanında saxlanılır, bir nüsxəsi daşıyıcıya verilməklə, digər iki nüsxəsi isə bu bildirişi imzalayan bəyannaməçiyə verilir.

_________________________________

1. Yükgöndərən Seriya və nömrələr mətbəə tərəfindən həkk edilir “____” ____________ _______il

4. Malların göndərildiyi yer

5. Daşıyıcının qeydləri

6. Malların çatdırılmalı olduğu yer

7. Qoşulmuş sənədlər (məsələn: bəyannaməçi ilə yükgöndərən və ya yükalan eyni şəxs deyildirsə və ya bəyannaməçi hüquqi şəxsdirsə, yükgöndərənin və ya yükalanın etibarnaməsinin tarixi və qüvvədəolma müddəti)

8. Yükün markası və nömrəsi

10. Qablaşdırma üsulu

12. Statistik nömrəsi

13. Brutto çəkisi (kq)

15. Malların yükalana/daşıyıcıya təslim edildiyi yer və tarix

16. Yükgöndərənin yükalanın avtonəqliyyat vasitəsinin (vasitələrinin) markası, dövlət qeydiyyat nişanının seriyası və nömrəsi

Daşıyıcının vəzifəli şəxsi:

Daşıyıcının vəzifəli şəxsi:

Yükalan və ya yükalanın səlahiyyətli nümayəndəsi:

19. Daşıyıcının vəzifəli şəxsi:

20. Daşıyıcının vəzifəli şəxsi:

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver