Qanunvericilik › “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair (Ali Məhkəmə Plenumunun qərarı, 14.12.2023) › Tam mətn

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair (Ali Məhkəmə Plenumunun qərarı, 14.12.2023)

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 16 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair (Ali Məhkəmə Plenumunun qərarı, 14.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarın qəbul edildiyini nəzərə alaraq, sözügedən sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1 və 80-ci maddələrini rəhbər tutaraq

1. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarın tətbiqi ilə bağlı “Monitorinqin aparılması üzrə plan” təsdiq edilsin.

2. Monitorinq respublikanın bütün kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin kommersiya kollegiyalarını əhatə etməklə, 2024-cü il 1 yanvar tarixindən 2025-ci il 1 yanvar tarixinədək olan dövr ərzində - 1 (bir) il müddətində həyata keçirilsin.

3. Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə keçirilsin.

4. Ali Məhkəmənin Aparatı planın icrası ilə bağlı olaraq Ali Məhkəmənin Kommersiya kollegiyası ilə razılaşdırılmaqla “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması” Qaydasında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 14 dekabr 2023-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver