Qanunvericilik › “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 08.11.2012) › Tam mətn

“Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 08.11.2012)

“Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 08.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI

XARİCİ İŞLƏR NAZİRLİYİ

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.34-cü bəndini “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 5.6-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi QƏRARA ALIR:

1. “Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qeydiyyata alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsi bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

Nazir Elmar Məmmədyarov

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış və xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını tənzimləyir.

1.2. Qeydiyyat Nazirliyin Dövlət Protokolu İdarəsi tərəfindən həyata keçirilir.

1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslərin qeydiyyatı aparılır:

1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;

1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;

1.4.3. Xidmətçi heyətin üzvləri, onların ailə üzvləri;

1.4.5. Fəxri konsullar;

1.4.6. Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər.

1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin diplomatik və ya inzibati-texniki heyət üzvünün həyat yoldaşı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Diplomatik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor münasibətlərində olan şəxslər və eynicinsli nikahda olan şəxslər həyat yoldaşı kimi qəbul olunmur.

1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nümayəndəliklərin heyət üzvlərinin onlarla birlikdə yaşayan valideynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən qeydiyyatı aparılır.

2.1. Nazirlik tərəfindən bu Qaydaların 1.4-cü bəndində göstərilən kateqoriyalara aid şəxslərə nümunələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 iyul tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş aşağıdakı vəsiqələr verilir:

2.2. Diplomatik vəsiqə:

2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzvlərinə;

2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nümayəndəliklərin başçılarına, həmin diplomatik nümayəndəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaşelərinə;

2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;

2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin inzibati-texniki heyətinə (Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.4. Qeydiyyat vəsiqəsi:

2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə;

2.4.5. Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə.

2.5. Fəxri konsul vəsiqəsi:

2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəxri konsullarına.

2.5.2. Diplomatik nümayəndəliklərin heyətinin bu bənddə qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri konsullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.

2.5.3. Fəxri konsulların ailə üzvlərinin qeydiyyatı aparılmır.

2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə diplomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplomatik nümayəndəliyin heyət üzvünün statusunu aydınlaşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəyyən etmək hüququna malikdir.

2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

3.1. Diplomatik, xidməti və fəxri konsul vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində qeydiyyat haqqında verbal nota göndərilir. Notada, qeydiyyata alınan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunur.

3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) surəti;

3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1).

3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyişdirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.

3.2-1. Diplomatik, xidməti və fəxri konsul vəsiqələri 2 il müddətinə etibarlıdır.

3.3. Vəsiqənin etibarlılıq müddəti bitdiyi və ya vəsiqənin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir:

Verbal notada, qeydiyyata alınan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.

3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsiqənin surəti;

3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1).

3.4. Vəsiqənin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3.5. Yeni vəsiqələr təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya dəyişdirilən vəsiqələrin əsli Nazirliyə təhvil verilir.

3.6. Vəsiqənin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:

Verbal notada, vəsiqənin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, vəsiqənin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düşmə hallarından biri göstərilir.

3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1).

3.7. 3.1 – 3.6 bəndlərdə qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra vəsiqələr 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:

3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzvlərinə məxsus vəsiqələr şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus vəsiqələrin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərəfindən təhvil alınması mümkündür.

3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus vəsiqələr şəxsən özləri tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus vəsiqələrin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;

3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır.

3-1.1. Qeydiyyat vəsiqəsinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

3-1.1.1. Qeydiyyata alınan şəxsin təmsil etdiyi təşkilatın müraciət məktubu və (və ya) müvafiq diplomatik nümayəndəliyin notası;

3-1.1.2. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkili, pasportun növünü göstərən) surəti;

3-1.1.3. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3-1.1.4. Qeydiyyata alınan şəxs diplomatik nümayəndəlikdə çalışdığı təqdirdə müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Vəsiqə üçün anket” (Application for identity card) (əlavə 1), digər hallarda isə qeydiyyata alınan şəxs tərəfindən doldurulmuş “Qeydiyyat anketi” (Application for registration) (əlavə 3).

3-1.2. Qeydiyyat vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlər, əcnəbi ölkəyə daxil olduqdan sonra, 10 iş günü ərzində Nazirliyə təqdim olunur.

3-1.3. Qeydiyyat vəsiqəsinin müddəti əməkdaşın diplomatik nümayəndəlikdə fəaliyyət müddətinədək, Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə verilən vizanın etibarlılıq müddəti bitənədək, viza tələb olunmayan əcnəbilər üçün isə Azərbaycan Respublikasına edilən səfərin müddəti bitənədək etibarlıdır.

3-1.4. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddəti bitdiyi, qeydiyyat vəsiqəsinin sahibinin vəzifəsi dəyişdirildiyi, qeydiyyat vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin verilməsi üçün bu Qaydaların 3-1.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, mövcud olduğu təqdirdə dəyişdirilən vəsiqənin surəti də təqdim olunur. Müraciət məktubunda və ya notada yeni vəsiqənin verilməsi ilə bağlı müraciətin səbəbi qeyd olunur.

3-1.5. Qeydiyyat vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3-1.6. Yeni qeydiyyat vəsiqəsi təhvil alındığı zaman, əvvəlki vəsiqənin əsli mövcud olduğu təqdirdə Nazirliyə təhvil verilir.

3-1.7. Bu Qaydaların 3-1.1-ci və 3-1.4-cü bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra qeydiyyat vəsiqəsi 10 iş günü ərzində hazırlanır və qeydiyyat vəsiqəsinin sahibi tərəfindən şəxsən təhvil alınır.

4.1. Diplomatik nümayəndəliklərin əməkdaşları Azərbaycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus vəsiqə aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır:

Verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.

4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüsxədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).

4.2. Diplomatik nümayəndəliklərdə fəaliyyət müddəti başa çatmış əməkdaşların vəsiqələri Nazirliyə qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayəndəliyin yeni əməkdaşlarına müvafiq vəsiqələrin verilməsi üçün müraciətlərə baxılmır.

FAMILY NAME FIRST NAME

DATE AND PLACE OF BIRTH

DATE OF ENTRY DURATION OF STAY

TYPE AND NUMBER OF PASSPORT

DATE OF ISSUE VALID UNTIL

ADDRESS AND TELEPHONE NUMBER IN THE REPUBLIC OF AZERBAIJAN

SIGNATURE OF APPLICANT DATE

__________________________________________________________________________

REGISTRATION CARD NUMBER

1. 09 iyun 2015-ci il tarixli Q/07-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506090715, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyun 2015-ci il)

2. 19 dekabr 2025-ci il tarixli Q/07-25 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202512190725, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver