Qanunvericilik › Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 22.02.2019) › Tam mətn

Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 22.02.2019)

Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 22.02.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici texniki kəşfiyyata qarşı fəaliyyətin effektivliyinin artırılması məqsədilə qərara alıram:

1. Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi yaradılsın.

2. “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində:

3.1. xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili qaydalarını və həmin sistem daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

30 yanvar 2025-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 54)

23 fevral 2026-cı il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 122)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver