Qanunvericilik › “Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 05.02.2026) › Tam mətn

“Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 05.02.2026)

“Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 05.02.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət haqqı məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində elektron variantda dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

qeyri-müntəzəm (çarter) uçuş marşrutuna icazənin verilməsi üzrə müraciətin “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması

birdəfəlik uçuşun yerinə yetirilməsinə dair

uçuşun uçuş proqramı əsasında 3 ay müddətinədək yerinə yetirilməsinə dair

uçuşun uçuş proqramı əsasında 3 aydan 6 ay müddətinədək yerinə yetirilməsinə dair

Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uçuş marşrutunun təsdiq edilməsi üzrə müraciətin mülki aviasiya sahəsində beynəlxalq hava daşımalarını tənzimləyən beynəlxalq müqavilələrə uyğunluğunun yoxlanılması

mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına təsdiqetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına azadetmə icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

aviasiya subyektlərinin aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi

aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlığa xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sertifikatın etibarlılığının təsdiq edilməsi

aviasiya təhlükəsizliyinə dair baxış üzrə operatorun bilik və bacarığının qiymətləndirilməsi

aviasiya təhlükəsizliyi üzrə instruktorun bilik və bacarığının qiymətləndirilməsi

aviasiya tədris mərkəzinin aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi

aviasiya təhlükəsizliyi proqramının təsdiq edilməsi

aviasiya təhlükəsizliyi proqramına edilən dəyişikliklərə razılığın verilməsi

təhlükəli yüklərin daşınmasına dair prosedurun (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi

təhlükəli yüklərin daşınmasına dair prosedura edilmiş dəyişikliklərin (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) təsdiq edilməsi

Azərbaycan Respublikasında fəaliyyət göstərən hava gəmisinin istismarçılarının uçuş heyətinə uçuş heyəti üzvünün vəsiqəsinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

Azərbaycan Respublikasında fəaliyyət göstərən digər dövlətdə qeydiyyatda olan hava gəmisinin istismarçılarının nümayəndəliklərinin əməkdaşlarına hava limanının nəzarət edilən zonalarına buraxılış vərəqələrinin verilməsi üçün müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması üçün xarici dövlətdə alınmış istismarçı sertifikatında müvafiq icazəsi olan xarici dövlətin istismarçısının icazəsinin tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə prosedurunun və ya təlim proqramının təsdiq edilməsi

Azərbaycan Respublikasında təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorunun təhlükəli yüklərin daşınması üzrə proseduruna və ya təlim proqramına dəyişikliklərin təsdiq edilməsi

imtahanların, praktiki bacarıq testinin, bacarıq yoxlamasının və səriştə qiymətləndirilməsinin həyata keçirilməsi

xarici dil biliyi təsdiqinin və ya sertifikatının alınması üçün imtahanın həyata keçirilməsi

nəzəri bilik imtahanının həyata keçirilməsi

praktiki bacarıq testinin, bacarıq yoxlamasının və ya səriştə qiymətləndirilməsinin həyata keçirilməsi

şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması, şəhadətnaməyə dəyişiklik edilməsi və ya konvertasiya olunması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

şəhadətnamənin verilməsi, şəhadətnamənin müddətinin uzadılması və ya konvertasiya olunması üzrə müraciətin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

nəqliyyat pilotu və çoxheyətli pilot

məsafədən idarə edən pilot (operator)

naviqator, bort mühəndisi, bort radiooperatoru (bort radist)

havada hərəkəti idarəetmə dispetçeri

şəhadətnaməyə dəyişiklik edilməsi

sertifikatın verilməsi, sertifikatın müddətinin uzadılması və ya sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

uçuş heyətinə təlim keçən təlimçilər

digər aviasiya personalına təlim keçən təlimçilər

uçuş heyətinin bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar

digər aviasiya personalının bilik və bacarıqlarını yoxlayan və qiymətləndirən imtahançılar

ixtisas qeydlərinin verilməsi, yenidən təsdiq edilməsi, müddətinin uzadılması və ixtisas qeydinə dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

havada hərəkəti idarəetmə dispetçeri

digər aviasiya personalı

şəhadətnamələrə əlavə qeydlərin daxil edilməsi

şəhadətnamə, ixtisas qeydi, sertifikat və digər əlaqəli sənədlər üzrə üzv dövlətdə verilmiş analoji sənədin etibarlılığının təsdiq edilməsi

üzv dövlət tərəfindən verilmiş şəhadətnamə imtiyazlarının doğrulanması

şəhadətnamə, vəsiqə və ya sertifikatlara tətbiq edilən məhdudiyyətlərin ləğvi

şəhadətnamə, vəsiqə və ya sertifikatın dublikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

aviasiya tibb eksperti tərəfindən aparılan aviasiya-tibbi müayinə və qiymətləndirilmələrin nəticələrini əks etdirən hesabatın və ekvivalent sənədin qiymətləndirilməsi

hava gəmisinin növ sertifikatının tanınması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

xüsusi uçuş icazəsinin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

hava gəmisinə uçuşa yararlılıq sertifikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, habelə sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, müffətiş yoxlamalarının keçirilməsi

çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün

çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün

ixrac üçün uçuşa yararlılıq sertifikatının verilməsi üzrə müffətiş yoxlamasının keçirilməsi

çəkisi 5700 kq-dək olan hava gəmiləri üçün

çəkisi 5700 kq-dan 30.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 30.000 kq-dan 100.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 100.000 kq-dan 200.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 200.000 kq-dan 300.000 kq-dək olan hava gəmiləri üçün

çəkisi 300.000 kq-dan çox olan hava gəmiləri üçün

hava gəmisində modifikasiyalar və ya təmirlərin yerinə yetirilməsinə dair məlumatların təsdiq edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikatın verilməsi və ya yenidən rəsmiləşdirilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

radioavadanlıq sertifikatının verilməsi və ya yenidən rəsmilədirilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilata təsdiq və tanınma sertifikatlarının verilməsi, sertifikata dəyişikliklərin edilməsi və sertifikatın müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

sertifikatın verilməsi üzrə

sertifikata dəyişikliklərin edilməsi üzrə

sertifikatın müddətinin uzadılması üzrə

texniki xidmət proqramının və ya proqrama edilmiş dəyişikliklərin təsdiq edilməsi

mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilata təsdiq sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

sertifikatın verilməsi üzrə

sertifikata dəyişikliklərin edilməsi üzrə

sertifikatın müddətinin uzadılması üzrə

təşkilatın təlimatının və ya təlimata edilən dəyişikliklərin təsdiq edilməsi

mülki hava gəmisinin dövlət qeydiyyatına alınması üçün daxil olmuş müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

mülki hava gəmisinin dövlət uçotuna alınması

mülki hava gəmisinin dövlət reyestrindən çıxarılması

mülki hava gəmisinin uçuşa yararlılığı və uçuş əməliyyatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq standarta riayət etməkdən istisnanın verilməsi ilə bağlı müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

hava limanının və (və ya) aerodromun istismarçısının beynəlxalq standarta riayət etməkdən azadolma halı barədə qərarın qəbul edilməsi

pilotsuz uçuş aparatına qeydiyyat sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

pilotsuz uçuş aparatı istismarçısına istismarçı sertifikatının verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

pilotsuz uçuş aparatı istismarçısına əməliyyat icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

hava gəmisinin minimum avadanlıq siyahısının (MEL) təsdiq edilməsi

hava gəmisinin minimum avadanlıq siyahısına (MEL) dəyişikliklərin təsdiq edilməsi

xüsusi şəraitlərdə uçuş əməliyyatının yerinə yetirilməsinə icazənin verilməsinə dair istismarçı sertifikatında qeydlərin aparılması

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində hava gəmisinin istismarçısının istismarçı sertifikatının tələblərinə uyğunluğunun təmin edilməsi

sərnişin daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə

yük daşıma fəaliyyəti ilə məşğul olan yerli hava gəmisinin istismarçısına münasibətdə

hava gəmisinin istismarçısına istismarçı sertifikatın verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

hava şarına münasibətdə

pilotsuz uçuş aparatları istisna olmaqla, digər hava gəmilərinə münasibətdə

təlim təşkilatlarına, uçuşu və ya hava hərəkətini imitasiya edən təlim qurğusuna sertifikatların verilməsi, müddətinin uzadılması, eləcə də sertifikata dəyişiklik edilməsi üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

sertifikatın verilməsi üzrə

hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə

digər hava gəmilərinə münasibətdə

sertifikata dəyişikliklərin edilməsi üzrə

sertifikatın müddətinin uzadılması üzrə

hava şarı və pilotsuz uçuş aparatlarına münasibətdə

digər hava gəmilərinə münasibətdə

model pilotsuz uçuş aparatı klubuna və ya assosiasiyasına icazənin verilməsi və ya müddətinin uzadılması üzrə müraciətin aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması

hava gəmisi istismarçısının istismar təlimatının (OM), habelə hava gəmisinin uçuş təlimatının (AFM) yoxlanılması və təsdiq edilməsi

uçuş heyətinin istismar təlimatının (FCOM, QRH) (hava gəmisi istismarçısının istismar təlimatında (OM) qeyd edilmədiyi halda) yoxlanılması və təsdiq edilməsi

təlim proqramının və ya təlim kursunun təsdiq edilməsi

aviasiya tibb mərkəzi sertifikatının verilməsi ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

aviasiya tibb mərkəzi sertifikatının yenilənməsi və ya hüquqi qüvvəsinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

aviasiya tibb eksperti sertifikatının verilməsi və ya müddətinin uzadılması ilə bağlı qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

mülki hava limanına və (və ya) aerodroma uyğunluq sertifikatının yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

helikopter meydançalarına (helideklərə) sertifikatın verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

helikopter meydançalarına (helideklərə) sertifikatın yenidən rəsmiləşdirilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatının (OM) yoxlanılması və təsdiq edilməsi

mülki hava limanına və (və ya) aerodroma, habelə helikopter meydançasına (helidekə) dair istismar təlimatına (OM) edilmiş dəyişikliklərin yoxlanılması və təsdiq edilməsi

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin daimi nəzarət funksiyası çərçivəsində yerüstü xidmət təminatçılarının sertifikat tələblərinə uyğunluğunun təmin edilməsi

sərnişin daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə

yük daşıma fəaliyyəti ilə məşğul olan xarici hava gəmisinin istismarçılarına münasibətdə

hava hərəkəti xidmətlərini təmin edən təchizatçıya uyğunluq sertifikatının verilməsi üzrə qiymətləndirmənin aparılması və müfəttiş yoxlamasının həyata keçirilməsi

sertifikatın verilməsi və ya müddətinin uzadılması üzrə

sertifikata dəyişikliklərin edilməsi üzrə

aeronaviqasiya üzrə təlim proqramının yoxlanılması və təsdiq edilməsi

aeronaviqasiya sahəsi üzrə daxili prosedurun yoxlanılması və təsdiq edilməsi

aeronaviqasiya sahəsi üzrə daxili prosedura dəyişikliklərin təsdiq edilməsi

1. Xidmət haqqı ilə bağlı aparılan bütün hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Xarici valyutada nəzərdə tutulan xidmət haqları Azərbaycan Respublikasının ərazisində ödəniş tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla ödənilir.

2. Bu Cədvəl üzrə müəyyən olunmuş xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin həmin xidmətlərin göstərilməsinə cəlb edilmiş işçilərinə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin normaları üzrə hesablanmış məbləğ xidmət haqlarına əlavə olaraq xidmət göstərilən istifadəçilər tərəfindən ödənilir.

3. Bu Cədvəl üzrə müəyyən olunmuş xidmət haqqı məbləğlərinə Azərbaycan Respublikasında tətbiq edilən əlavə dəyər vergisi daxil deyil.

4. Bu Cədvəlin 1-ci hissəsində müəyyən olunmuş xidmət haqları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasına rəsmi, hökumət və sülhməramlı səfərlər məqsədilə həyata keçirilən uçuşlara, axtarış və xilasetmə uçuşlarına, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) hərbi uçuşlarına, hərbi və humanitar uçuşlara (Azərbaycan Respublikası üçün hərbi, təhlükəli və humanitar yüklərin mülki hava gəmiləri ilə daşınması), başqa ölkələrdən deportasiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasından deportasiya edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsləri daşınması üzrə həyata keçirilən uçuşlara, hava gəmisinin geri qayıtması (yükü dəyişmədən) ilə əlaqədar uçuşlara, mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktı ilə bağlı fövqəladə vəziyyət nəticəsində təhlükəli vəziyyətdə olan hava gəmilərinin uçuşlarına (təcili eniş), təcili tibbi yardım uçuşlarına (“Air Ambulance”) və Azərbaycan Respublikasının hava limanından alternativ kimi istifadə edilməsi hallarında həyata keçirilən uçuşlara şamil olunmur.

5. Bu Cədvəlin 24-cü və 25-ci hissələrində üzv dövlət dedikdə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya üzv dövlətlər nəzərdə tutulur.

6. Bu Cədvəlin 39-cu hissəsində aşağıdakı təşkilatlar nəzərdə tutulur:

6.1. mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatlar;

6.2. mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığın saxlanılmasını idarə edən təşkilatlar;

6.3. texniki xidmət üzrə təlim təşkilatları.

7. Bu Cədvəlin 51-ci və 67-ci hissələrində müəyyən olunmuş xidmət haqları sərnişinlərə münasibətdə - yer alınmamış 2 (iki) yaşadək uşaqlara, eyni hava gəmisində uçuşu davam etdirən tranzit sərnişinlərə, daxili hava daşımalarına, qeyri-kommersiya uçuşlarının (hökumət, axtarış-xilasetmə, sınaq, boş uçuşlar və deportasiya halları), habelə yükə münasibətdə - Azərbaycan Respublikasına humanitar uçuşlar həyata keçirən, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə reyslər yerinə yetirən, axtarış və xilasetmə əməliyyatlarına cəlb olunan, təhlükəli vəziyyətdə olan (yardıma ehtiyac yaranan hallar) və aralıq eniş edən, eləcə də kommersiya yükündə dəyişiklik etmədən geriyə uçuşlar həyata keçirən hava gəmilərinə şamil olunmur.

8. Bu Cədvəlin 53-cü hissəsində aşağıdakı təlim təşkilatları nəzərdə tutulur:

8.1. uçuş heyətinə təlim keçən təlim təşkilatları;

8.2. aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerlərinə təlim keçən təlim təşkilatları;

8.3. texniki xidmət üzrə təlim təşkilatları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver