Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.1-ci bəndinə əsasən qərara alıram:
1. “Xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı” təsdiq edilsin.
2. “Xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli 475 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 937; 2008, № 12, maddə 1057) ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2019-cu il
1. 20 dekabr 2022-ci il tarixli 1911 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1421)