AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
«Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. «Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
1.1. Elektron xidmətin adı:
Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 7‑9-cu maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası”
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət:
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikasının vətəndaşları, xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29765/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29765/
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 590-94-74
2.6.1. Xüsusi icazənin verilməsi üçün istifadəçi tərəfindən ərizəyə (əlavə №1, 2, 3) aşağıdakı sənədlərin skan edilmiş surətləri elektron formada əlavə olunur:
2.6.1.1. vətəndaşın sağlamlığı haqqında tibbi arayış və narkoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə ambulator çıxarış;
2.6.1.2. vətəndaşın rəqəmli fotoşəkili (3x4sm) ölçüdə.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:
3.1. İnteraktiv elektron xidmətlər uçun sorğu:
3.1.1. sorğunun formalaşdırılması:
istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.
3.1.2. sorğunun qəbulu:
sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. istifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə;
3.2.2. Aşağıdakı hallarda vətəndaşın adına xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsindən imtina edilir:
- mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq çox odlu ov və ya idman silahı olduqda;
- haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks göstərişi olduqda;
- o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;
- onun haqqında ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində);
- polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
- bu reqlamentin 3.2.2-cı bəndinin 3-7-ci abzaslarında nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;
- silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda
sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.3. sorğunun qəbulu:
istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə ünvanlanır.
Sorğunun icrası üzrə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi üzrə aidiyyəti polis orqanının rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
Baş İctimai Təhlükəsizlik İdarəsində ərazi üzrə aidiyyəti polis orqanına aid olan sənədlər baxılması üçün onların elektron xidmətlər bölməsinə göndərilir.
Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və 3.2.2-ci bənddə imtina üçün əsas hesab edilən hallardan hər hansı biri aşkar edilmədikdə 20 gün müddətində (sorğu Baş İctimai Təhlükəsizlik İdarəsinin internet səhifəsinə daxil olduğu tarixdən) xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazə verilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, yaxud imtina üçün əsaslar olmadıqda xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazə verilməsi barədə qərar qəbul edilir və xüsusi icazə sənədinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi həyata keçirir.
3.4.1. Nəzarət forması:
daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş qurumun tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
____________________________________
_____________________________ yaşayan
vət. ________________________________
____________________________________
____________________________________
_____________________________________
____________________________________ tərəfindən
Mənə________ədəd yivsiz ov silahının alınmasına (saxlanılmasına) (lazım olanın altından xətt çəkməli) xüsusi icazə verilməsini xahiş edirəm.
Fiziki şəxs _______________________________
(adı, soyadı, atasının adı)
"______________________” saxlanılan _________________təhlükəsizliyini təmin etmək məqsədi ilə idarəsinin əməkdaşı_______________xidməti vəzifəsini icra etdiyi müddət ərzində ________-cı il buraxılışlı, _____ kalibrli, "______" markalı, ________ nömrəli xidməti silahın alınmasına (saxlanılmasına) (lazım olanın altından xətt çəkməli) xüsusi icazə verilməsini xahiş edirik.
Dövlət orqanının rəhbəri _______________________________
(adı, soyadı, atasının adı)
"_______________________” saxlanılan ___________________təhlükəsizliyini təmin etmək məqsədi ilə ________________xidməti vəzifəsini icra etdiyi müddət ərzində ___________-cı il buraxılışlı, ______ kalibrli, "_______" markalı, ________ nömrəli xidməti silahın alınmasına (saxlanılmasına) (lazım olanın altından xətt çəkməli) xüsusi icazə verilməsini xahiş edirik.
Hüquqi şəxsin rəhbəri _______________________________
(adı, soyadı, atasının adı)
1. 10 noyabr 2015-ci il tarixli Q44-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)
2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)