Qanunvericilik › «Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

«Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

«Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

«Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. «Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının «30» noyabr 2012-ci il tarixli Q76-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı:

Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 8‑ci və 9-cu maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti silahın saxlanılması, gəzdirilməsi və ondan təyinatı üzrə istifadə edilməsi qaydaları üzrə hazırlıq proqramı, odlu silahın istifadəçisinin həmin silahın tətbiqi şəraitində yararlılığı baxımından dövri olaraq yoxlamadan keçirilməsi qaydaları, habelə xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi Qaydası”nın 4-cü bəndi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 2.7-ci bəndi

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.1-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Daxili İşlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət ödənişlidir.

2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.55-ci maddəsinə əsasən xidməti və mülki silahın ilkin qeydiyyatına görə 10 manat məbləğində, təkrar qeydiyyatına görə 5 manat məbləğində dövlət rüsumu ödənilir.

2.2.2. Xidməti və mülki silahın qeydiyyata alınmasına (qeydiyyatının dəyişdirilməsinə) görə ödəniləcək məbləğlərin bank hesabının rekvizitləri vətəndaşın qeydiyyatda olduğu əraziyə görə əlavə №1-də göstərilən cədvələ uyğun müəyyən edilir.

2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart və ya internet-ödəmə vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasının vətəndaşları, xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29764/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/content/29764/

- e-poçt: info@mia.gov.az

- telefon: +994 12 590-94-74

2.6.1. Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi) üçün istifadəçi tərəfindən ərizəyə (əlavə № 2, 3, 4, 5, 6) aşağıdakı sənədlərin skan edilmiş surətləri elektron formada əlavə olunur:

2.6.1.1. vətəndaşın sağlamlığı haqqında tibbi arayış, və narkoloji dispanserdə qeydiyyatda olub-olmaması barədə ambulator çıxarış;

2.6.1.2. vətəndaşın rəqəmli fotoşəkili (3x4sm) ölçüdə.

3.1. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.1.1. sorğunun formalaşdırılması:

istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.

3.1.2. sorğunun qəbulu:

sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun qəbul edilməsindən imtina halları:

3.2.1.1. istifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə.

3.2.2. Aşağıdakı hallarda vətəndaşın adına xidməti və ya mülki silahın qeydiyyata alınmasından (qeydiyyatının dəyişdirilməsindən) imtina edilir:

- mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq çox odlu ov və ya idman silahı olduqda;

- haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks göstərişi olduqda;

- o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

- onun haqqında ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində);

- polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

- bu reqlamentin 3.2.2-cı bəndinin 3-7-ci abzaslarında nəzərdə tutulmuş şəxslə bir mənzildə yaşadıqda;

- silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda

sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin xidməti və mülki silahın qeydiyyata alınmasına (qeydiyyatının dəyişdirilməsinə) görə yenidən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin elektron xidmətlər bölməsinə müraciət etməsinə mane olmur.

3.2.3. sorğunun qəbulu:

istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə ünvanlanır.

Sorğunun icrası üzrə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi üzrə aidiyyəti polis orqanının rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:

Baş İctimai Təhlükəsizlik İdarəsində ərazi üzrə aidiyyəti polis orqanına aid olan sənədlər baxılması üçün onların elektron xidmətlər bölməsinə göndərilir.

Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və 3.2.2-ci bənddə imtina üçün əsas hesab edilən hallardan hər hansı biri aşkar edilmədikdə 20 gün müddətində (sorğu Baş İctimai Təhlükəsizlik İdarəsinin internet səhifəsinə daxil olduğu tarixdən) xidməti və mülki silah qeydiyyata alınır (qeydiyyatı dəyişdirilir).

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, yaxud imtina üçün əsaslar olmadıqda xidməti və mülki silahın qeydiyyata alınmasına (qeydiyyatının dəyişdirilməsinə) görə şəhadətnamənin verilməsi barədə qərar qəbul edilir və şəhadətnamənin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq;

daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş qurumun tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

“Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Xüsusi icazə əsasında aldığım _____ kalibrli, “_____” markalı, ______ nömrəli yivsiz ov silahının adıma qeydiyyata alınmasına icazə verilməsini xahiş edirəm.

Fiziki şəxs _______________________________

(adı, soyadı, atasının adı)

Mənə məxsus _____ kalibrli, “_____” markalı, ______ nömrəli yivsiz ov silahının _______________________ adına qeydiyyatının dəyişdirilməsinə icazə verilməsini xahiş edirəm.

Fiziki şəxs ___________________________________

(adı, soyadı, atasının adı)

______________________məxsus ____ kalibrli, “_______” markalı, ________ nömrəli yivsiz ov silahının mənim adıma qeydiyyatının dəyişdirilməsinə icazə verilməsini xahiş edirəm.

Fiziki şəxs _________________________________

(adı, soyadı, atasının adı)

“Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

_____________________ idarəsinin əməkdaşı______________xidməti vəzifəsini icra etdiyi müddət ərzində ______-cı il buraxılışlı, ____ kalibrli, "______" markalı, ________ nömrəli xidməti silahın onun adına qeydiyyata alınmasına (qeydiyyatının dəyişdirilməsinə) (lazım olanın altından xətt şəkməli) icazə verilməsini xahiş edirik.

Dövlət orqanının rəhbəri _______________________________

(adı, soyadı, atasının adı)

telefon Tarix____________

“Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

______________________________xidməti vəzifəsini icra etdiyi müddət ərzində ______-cı il buraxılışlı, ____ kalibrli, "______" markalı, ________ nömrəli silahın onun adına qeydiyyata alınmasına (qeydiyyatının dəyişdirilməsinə) (lazım olanın altından xətt şəkməli) icazə verilməsini xahiş edirik.

Hüquqi şəxsin rəhbəri _______________________________

(adı, soyadı, atasının adı)

telefon Tarix__________

1. 10 noyabr 2015-ci il tarixli Q46-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100046, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)

2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver