Qanunvericilik › “Xüsusi gömrük statistikasının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014) › Tam mətn

“Xüsusi gömrük statistikasının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014)

“Xüsusi gömrük statistikasının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI

“Xüsusi gömrük statistikasının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən

1.“Xüsusi gömrük statistikasının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/02/001 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanı”nın 28.7-ci bəndinə əsasən hazırlanmışdır və gömrük orqanlarının öz səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə məlumatların əldə olunmasını müəyyən edir.

1.2. Xüsusi gömrük statistikası Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikası ilə bağlı olmayan, Azərbaycan Respublikasının gömrük orqanlarının (bundan sonra – gömrük orqanları) fəaliyyətinin müxtəlif istiqamətlərini əks etdirən və onların fəaliyyətini optimallaşdırmaq və tənzimləmək üçün nəzərdə tutulmuş sistemləşdirilmiş məlumatlar məcmusudur.

1.3. Xüsusi gömrük statistikasının predmeti gömrük orqanlarının fəaliyyətinin müşahidə edilməsi və öyrənilməsi, habelə bu fəaliyyətin statistik və ya mühasibat uçotu şəklində faktiki məlumatlarla əks etdirilməsidir.

1.4. Bu Qaydalar gömrük orqanları tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün xüsusi gömrük statistikası məlumatlarının yığılması, emalı, hesabatların formalaşdırılması və təqdim edilməsi məsələlərini tənzimləyir:

1.4.1. gömrük orqanlarının fəaliyyətinin idarə edilməsi və onların fəaliyyət strategiyasının müəyyən edilməsi məqsədi ilə xüsusi gömrük statistikası məlumatlarının təhlili;

1.4.2. gələcək təkmilləşdirmə istiqamətlərinin müəyyən edilməsi və ayrı-ayrı gömrük orqanlarının bütün gömrük xidmətində tətbiq edilməsi faydalı olan uğurlu fəaliyyətlərinin aşkar edilməsi.

1.5. Xüsusi gömrük statistikasının məlumatları gömrük orqanları tərəfindən yalnız gömrük məqsədləri üçün istifadə olunur.

1.6. Gömrük məqsədləri aşağıdakılar hesab edilir:

1.6.1. gömrük əməliyyatlarının sadələşdirilməsi ilə əlaqədar gömrük nəzarətinin gücləndirilməsi;

1.6.2. əməliyyat-axtarış fəaliyyətinin effektivliyinin artırılması;

1.6.3. gömrük işi sahəsində cinayətlərə və gömrük hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi;

1.6.4. yeni informasiya sistemlərini, müasir texnologiyaları və innovasiya layihələrini tətbiq etməklə gömrük əməliyyatlarının sürətləndirilməsi;

1.6.5. qanunla müəyyən edilmiş qaydada maliyyə və valyuta nəzarəti tədbirlərinin həyata keçirilməsi, gömrük rüsumlarının və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi;

1.6.6. gömrük işi sahəsində islahatların aparılmasının təmin edilməsi, gömrük orqanlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi;

1.6.7. gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi ilə kurs və təlim proqramlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

1.6.8. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

2.1. Xüsusi gömrük statistikası uçotunun əhatə dairəsi gömrük orqanlarının fəaliyyətinin müxtəlif istiqamətləri haqqında məlumatlardır.

2.2. Gömrük orqanlarının fəaliyyət istiqamətlərinə aşağıdakı müşahidə obyektləri daxildir:

2.2.1. gömrük ödənişlərinin tutulması;

2.2.2. gömrük dəyərinə nəzarət;

2.2.3. valyuta nəzarəti;

2.2.4. risklərin idarə edilməsi sistemi;

2.2.5. gömrük prosedurları;

2.2.6. əməliyyat-axtarış fəaliyyəti;

2.2.7. gömrük işi sahəsində cinayətlərlə və gömrük hüquqpozmaları ilə mübarizə;

2.2.8. vəzifəli şəxslərin peşə hazırlığı;

2.2.9. gömrük işində texnologiyalardan, rabitə vasitələrindən və informasiya sistemlərindən istifadə.

3.1. Xüsusi gömrük statistikası məlumatlarının yığılması aşağıdakı sənədlərdə olan məlumatlar əsasında həyata keçirilir:

3.1.1. gömrük orqanlarının fəaliyyətinin təmin edilməsinə və gömrük infrastrukturunun inkişaf etdirilməsinə aid edilən;

3.1.2. gömrük qanunvericiliyinə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan.

Xüsusi gömrük statistikası məlumatlarının yığılması və formalaşdırılması Azərbaycan Respublikası 3.2. Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) aparatının struktur bölmələri, ərazi və ixtisaslaşdırılmış gömrük idarələri və Komitənin tabeliyində olan digər qurumlar tərəfindən Komitənin fəaliyyətinin nəticələri haqqında Komitə rəhbərliyini və digər mərkəzi icra hakimiyyəti orqanlarını məlumatlandırmaq məqsədi ilə Komitənin və ya digər mərkəzi icra hakimiyyəti orqanlarının hüquqi aktları əsasında hazırlanan xüsusi gömrük statistikasının formaları (bundan sonra - formalar) əsasında həyata keçirilir.

3.3. Formaların hazırlanması üçün həmin formaların tərtib olunmasına müəyyən tələbləri əks etdirən hüquqi aktla təsdiq edilmiş statistik hesabat formasından-nümunədən istifadə edilir.

3.4. Formaların xarici görünüşünə və məzmununa olan tələbləri aşağıdakılardır:

3.4.2. formanın nömrəsi;

3.4.3. statistik məlumatın təqdim olunma dövrü (və ya tarixi);

3.4.4. formanın kim tərəfindən, kimə və hansı müddətdə təqdim edilməsi və informasiyanın təqdim edilmə dövriliyi;

3.4.5. cədvəl şəklində məlumat hissəsi (bölmə və alt bölmələrdən ibarət ola bilər);

formanın doldurulması üçün göstərişlər (göstərişlərdə formanın doldurulma qaydaları, statistik 3.4.6. göstəricilərin formalaşdırılması və məlumatların təqdim olunması xüsusiyyətləri);

3.4.7. formanın tərtib olunmasına məsul şəxsin soyadı, adı, əlaqə telefonunun nömrəsi (xidməti, iş).

3.5. Formanın məlumat hissəsi bu Qaydaların 3.2-ci bəndində sadalanan gömrük orqanlarının fəaliyyət istiqamətlərini xarakterizə edən məlumatlardan tərtib olunur. Məlumatların siyahısı Komitənin göstərilən istiqamətdə işi aparan struktur bölmələri, ərazi və ixtisaslaşdırılmış gömrük idarələri və tabeliyində olan digər qurumlar tərəfindən müəyyən olunur.

3.6. Komitənin informasiya resurslarından alına bilən məlumatlar formaların tərkibinə daxil edilməməlidir.

4.1. Gömrük orqanları xüsusi gömrük statistikası məlumatlarını Komitənin struktur bölmələrinə formaların təsdiq olunduğu hüquqi aktda qeyd olunan müddətdə təqdim edirlər. Göstərilən məlumatlar Komitənin informasiya sistemlərindən, informasiya texnologiyalarından, onların təminat vasitələrindən və qoruyucu proqram texniki vasitələrdən istifadə edilməklə elektron formada təqdim olunur.

4.2. Komitənin aparatının struktur bölmələri, ərazi və ixtisaslaşdırılmış gömrük idarələri və tabeliyində olan digər qurumlar xüsusi gömrük statistikası məlumatlarını ümumiləşdirərək Komitənin rəhbərliyinə və digər struktur bölmələrinə, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada digər mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver