Qanunvericilik › «Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010) › Tam mətn

«Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010)

«Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması»nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 25 yanvar 2010-cu il

Bu Qayda “Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın (bundan sonra - balans hesabatı) tərtib edilmə qaydasını və formasını müəyyən edir.

Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

balans hesabatı - hesabat dövrünün son gününə rezidentin maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır;

sintetik hesab - əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasıdır;

analitik hesab - sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdıran hesabdır;

uçot registri - xüsusi qrafalara bölünmüş kitablarda (jurnallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama texnikasından istifadə zamanı disklərdə, elektron yaddaş kartlarında və digər məlumat daşıyıcılarında fasiləsiz, xronoloji, sistemli qeydiyyatdır.

3.1. Xüsusi iqtisadi zona ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə balans hesabatı forması bu Qaydanın əlavəsinə uyğun müəyyən edilir;

3.2. balans hesabatı rezidentlərin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etdikləri müvafiq maliyyə hesabatını əvəz etmir, ona əlavə edilir.

Xüsusi iqtisadi zonanın rezidentlərinin tərtib etdikləri balans hesabatına aşağıdakı maddələr daxil edilməlidir:

- torpaq, tikili və avadanlıqlar;

- qеyri-mаddi aktivlər;

- maliyyə aktivləri (ehtiyatlar, debitor borcları вя pul vəsaitləri və onların ekvivalentləri bəndlərində göstərilmiş aktivlər istisna olmaqla);

- pul vəsaitləri və оnlаrın еkvivаlеntləri;

- vеrgi öhdəlikləri və aktivlər;

- qiymətləndirilmiş öhdəliklər;

- faiz xərcləri yaradan öhdəliklər;

- kаpitаl və kapital ehtiyatları.

5.1. Rezidentlər qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması üzrə uçot siyasətini hazırlayır və təsdiq edirlər.

5.2. Təsdiq edilmiş uçot siyasətində aşağıdakılar öz əksini tapmalıdır:

5.2.1. mühasibat uçotunun hesablar planı;

5.2.2. ilkin uçot sənədləri əsasında baş vermiş təsərrüfat əməliyyatlarının sintetik və analitik hesablarda əks etdirilməsi;

5.2.3. sintetik və analitik uçotun aparılması üçün zəruri hesab edilən uçot registrləri;

5.2.4. ilkin uçot sənədlərində qəbul edilmiş informasiyaların balans hesabatında əks etdirilməsi məqsədi ilə istifadə olunacaq mühasibat registrlərinin forması.

5.3. Rezidentlər tərəfindən onların uçot registrlərindəki əmlakları, öhdəlikləri, kapitalı, debitor və kreditorlarla hesablaşmaları vəziyyəti barədə məlumatlar qruplaşdırılıb ümumiləşdirilməklə balans hesabatı tərtib edilir.

5.4. Balans hesabatı rezidentin baş mühasibi və ya təyin edilmiş digər səlahiyyətli şəxs (icraçı) tərəfindən tərtib edilir.

İllik balans hesabatı üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

xüsusi iqtisadi zonanın rezidenti üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

il ərzində oktyabr ayının 1-dək xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

oktyabr ayının 1-dən sonra xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.

Balans hesabatı hesabat dövrü başa çatdıqdan sonra rezidentin xüsusi iqtisadi zonadan kənar fəaliyyəti üzrə müvafiq balans hesabatına əlavə edilməklə, qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydalara uyğun olaraq təqdim edilir.

Rezidentin adı ___________________________________________________________

Fəaliyyət göstərdiyi xüsusi iqtisadi zona ___________________________________

Filial və ya nümayəndəliyin adı __________________________________________

Əsas iqtisadi fəaliyyət növü _______________________________________________

Ölçü vahidi (min manat)

Torpaq, tikili və avadanlıq

Daşınmaz əmlaka investisiyalar (kapital qoyuluşları)

Uzunmüddətli debitor borcları

Uzunmüddətli maliyyə aktivləri (qoyuluşları)

Sair uzunmüddətli aktivlər

Cəmi uzunmüddətli aktivlər

Qısamüddətli debitor borcları

Pul vəsaitləri və onların ekvivalentləri

Sair qısamüddətli maliyyə aktivləri

Sair qısamüddətli aktivlər

Cəmi qısamüddətli aktivlər

Kapital və öhdəliklər

Ödənilmiş nominal (nizamnamə) kapitalı

Bölüşdürülməmiş mənfəət

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Uzunmüddətli kreditor borcları

Sair uzunmüddətli öhdəliklər

Cəmi uzunmüddətli öhdəliklər

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Qısamüddətli kreditor borcları

Sair qısamüddətli öhdəliklər

Cəmi qısamüddətli öhdəliklər

Cəmi kapital və öhdəliklər

Rəhbər __________________

Baş mühasib ________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver