Təbiət abidələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edə bilər.
Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təbiət abidələrinə aid edilən obyektlər və onların yerləşdiyi yerləşdiyi ərazilər təsərrufat istismarından çıxarılır və orada təbiət təbii vəziyyətini pozan hər hansı fəaliyyət qadağan edilir.
Təbiət abidələrindən müəyyən edilmiş qaydada elmi, mədəni və tədris məqsədlər üçün istifadə edilə bilər.
IX fəsil
Zoolojİ parklar