Zooloji parkların təşkili üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada onların daimi istifadəsinə verilir.
Zooloji parklarda heyvanların saxlanılması və artırılması, habelə ora gələn adamlara göstərilməsi üçün - ekspozisiya, elmi tədqiqatların aparılması məqsədi ilə - elmi, gələn adamlara xidmət göstərilməsi üçün - ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır.
Zooloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə bağlı olmayan və orada saxlanılan heyvanların məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və hərəkət qadağandır.